Bədəndəki yağları əridən RESEPT: gündə 3 dəfə için

05 Kasım 2016
1 946
0
Bədəndəki yağları əridən RESEPT: gündə 3 dəfə için
Yağların müəyyən miqdarda qida rasionunda olunması orqanizm üçün vacibdir. Xolesterin, triqliseridlər və fosfolipidlər insan orqanizmində olan yağlardan hazırlanır.
Hüceyrələrin divarının tərkibinə daxil olan bu maddələr, həmçinin cinsi hormonların hazırlanması və başqa proseslərdə də vacib rol oynayırlar. Ancaq qida rasionunda yağların artıq olması qanda xolesterin və triqliseridlərin miqdarının artmasına səbəb olur ki, bu da aterosklerozun (piy qalıqlarının yığılması nəticəsində damar divarının qalınlaşması), hipertoniya xəstəliyinin və piylənmənin inkişaf etməsinə səbəb olur. Bəs bədəndəki artıq yağlardan təbii yolla necə qurtulmaq olar? Bunun üçün sizə içki resepti təqdim edirik. Bu içkini hazırlamaq üçün ehtiyacınız olan ərzaqlar 1 kq limon və 400 qr kərəvəzdir.
Hazırlanması:
Əvvəlcə 400 qr kərəvəzin kökünü rəndələyib 2 litr suyun içinə tökün. Ardından bir az limon əlavə edin və qarışımı 20 dəqiqəyə qədər bişirin. 5-6 saat soyumağa qoyun. Bütün limonların suyunu sıxıb bu qarışıma əlavə edin. Ardından qarışımı süzərək şüşə qablara doldurun. Gündə üç dəfə yeməkdən əvvəl 100 ml için və qalan qarışımı soyuducuda saxlayın.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET