Kondisionerdən istifadə edərkən... Sağlamlığı qoruyan vacib qayda!

31 Ekim 2016
1 323
0
Kondisionerdən istifadə edərkən... Sağlamlığı qoruyan vacib qayda!
İsti havada kondisioner bizim həyatımızı xeyli asanlaşdırır. Lakin kondisionerdən istifadə edərkən bəzi vacib qaydalara əməl etmək lazımdır.
Əks halda sağlamlğınızda ciddi problemlər yarana bilər.
Belə ki, kondisionerdə havada olan toz, tükcüklər və s. ziyanlı hissəcikləri tutmaq üçün xüsusi filtrlər var. Bu filtrlər həm kondisioneri, həm də bizim nəfəs yollarımızı ziyanlı maddələrdən qoruyur. Lakin filtrlər çox çirkləndikdə onlar özləri artıq təhlükə mənbəyinə çevrilir. Filtrlərə yapışmış ziyanlı maddələr yenidən havaya buraxılır, oradan isə ağ ciyərlərimizə düşür. Çirklənmiş filtrlər və kondisionerin içində olan nəm mühit burada müxtəlif ziyanlı mikrobların sürətlə çoxalması üçün çox əlverişli şərait yaradır. Bu mikroblar nəfəs yollarımıza düşərək müxtəlif pozulmalara, hətta ağ ciyər iltihabına (sətəlcəm) səbəb ola bilər.
Kondisionerin filtrlərini çirkləndikcə (bu istifadədədən asılıdır) mütləq təmizləmək lazımdır. Bunu etmək çox asandır. Kondisionerin qapağını açın, filtrləri ehtiyatla çıxardın, tozsoranlayın və ya yumşaq şotka ilə təmizləyin, sonra soyuq sabunlu suda ehtiyatla yuyub axar suyun altında yaxşı yaxalayın. Filtrlər açıq havada qurumalıdır. Tam quruyandan sonra filtri yerinə taxın.

Kondisionerdən istifadə edərkən... Sağlamlığı qoruyan vacib qayda!


Filtrlərdən əlavə kondisionerin özü də ildə 2 dəfə mütləq təmizlənməlidir. Bunun üçün mütəxəssislərə müraciət etmək lazımdır.
Bu qaydalar sizə həm sağlamlığınızı qorumağa, həm də kondisionerin istifadə müddətini xeyli uzatmağa kömək edəcək.
saglamolun.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.