Makaron süzməyə nə var deyirsinizsə oxuyun.Onu da səhv bilirmişik

Makaron süzməyə nə var deyirsinizsə oxuyun.Onu da səhv bilirmişik
Bütün makaron sevənlərin bilməsi vacib olan sirlər...

Bu sirləri biləndən sonra sizin hər biriniz makaronu əsl italyanlar kimi bişirəcəksiniz! İnamırsınız? O zaman yoxlayın və nəticəni bizimlə bölüşün.

Makaronu bişirəndən sonra heç vaxt aşsüzəndən keçirməyin. Bu zaman onlar yapışqan və dadsız olur. Makaronları soyuq su ilə yuyaraq yapışqanlığını aradan qaldıra bilərsiniz, amma dadı daha da pis olacaq.

Makaronu masaya verən zaman sousu onun tən ortasına tökürük. Bu da səhvdir! Çünki sousun dadı bütün makaronlara yayılmır. Bəs necə edək, soruşursunuzsa, bildirək ki, əsl italyanlar makaron bişən kimi onları kiçik süzgəclərlə qazandan yığır və sous (ətli və ya ətsiz – fərq etməz) olan tavanın içinə tökür. Qarışdırır və 1 dəqiqə vam odda bişirir. Belə olan halda yemək çox dadlı olacaq. Hətta üzərinə 1 qaşıq makaronun qaynadığı sudan süzə və kərə yağı da əlavə edə bilərsiniz.

Ən sonda bura italyan mətbəxinə aid otlardan səpə, masaya verən zaman isə azca sürtgəcdən keçirilmiş parmezan vura bilərsiniz.
Nuş olsun!
sufrem.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.