Ralph Waldo Emerson Aforizmləri

Ralph Waldo Emerson Aforizmləri
*Gözəl bir qadın, görənləri nəzakətlə dəli edən bir şəkil kimidir.

*Bir gül qədər gözəl ol; amma tikanı qədər zalım olma. Birinə elə bir söz söylə ki, ya yaşat ya da öldür; amma əsla yaralı buraxma.

*Hamımız başqalarını öz ürəyimizdə daşıdığımız kimi görərik.

*Gördüklərim, görmədiyimin varlığına inanmağa məni məcbur edir.

*Heç bir şey böyüklük qədər sadə deyil. Çünki sadə olmaq bir azda böyük olmaqdır.

*Yoldaşınızın evinizə tez-tez gedin, çünki istifadə edilməyən yolu kollar bürüyər.

*Ağıllı bir insan üzr istəmək məcburiyyətində qalmaz.

*Yaxşı yoldaş, yanında yüksək səslə danışıb düşünə biləcəyin insandır.

* Əhəmiyyətli olan həyatınızın uzunluğu deyil, dərinliyidir.

*Varlı bir ürəyin yoxdursa sərvət çirkin bir dilənçidir.

*Hirslə keçən hər dəqiqəniz, xoşbəxtliyinizdən oğurlanmış 60 saniyədir.

*Həyatda tək bir adam belə, siz yaşadığınız üçün rahat nəfəs alırsa, siz müvəffəqiyyətli və məqsədinizə çatmış bir insansınız.

*Yaxşı rəftarlar, fədakarlıqlarla ortaya çıxar

*Alqışı səssizcə qarşılayan alqışı layiq olmuş deməkdir.

*Sivilizasiyanın inkişafında ən böyük vəzifə, qadınların üstündədir...

*Birinə görə ədalətli olan şey, digərinə görə haqsızlıqdır; birinə görə gözəl olan, digərinə görə çirkindir; birinə görə müdriklik olan, digərinə görə dəlilikdir.

* Bir məhbusun boyuna keçirdiyiniz zəncirin o biri ucu, öz boyunuza ilişər.

*Təhsilin sirri, uşağa hörmətlə başlayar.

*Ailə, kralların belə girə bilmədiyi bir qaladır.

*Yaxşı edilmiş bir işin mükafatı, onu etmiş olmaqdır.

*Yolunu itirmiş birinə istiqamət vermək , onu güvənsiz biri edər.

*Diqqətsizlik, peşmanlığın başlanğıcıdır.

*Hamımız, dəyişik dərəcələrdə qaynarıq.

*Aydın olmaq bir alicənablıqdır

*Bir tək düşməni olan, hər yerdə onunla qarşılaşar.

*Özünüzdən başqa kimsə sizə uyğun ola bilməz.

*Həyat təcrübələr bütünüdür. Nə qədər çox təcrübə etsəniz, sizin üçün o qədər yaxşıdır.

*Tez -tez və çox gülmək, ağıllı insanların hörmətini və uşaqların sevgisini, şəfqətini qazanmaq, dürüst tənqidlərin təqdirinə layiq olmaq və səhv yoldaşların xəyanətlərinə dözə bilmək, gözəlliyi təqdir edə bilmək, başqalarındakı "ən yaxşını tapa bilmək"; sağlam bir uşaq, bağçalı bir ərazi ya da daha yaxşı vəziyyətə gətirilmiş bir ictimai vəziyyət yoluyla bu dünyanı olduğundan bir az daha yaxşı buraxaraq tərk etmək, bir tək həyatın belə sırf siz yaşadınız deyə daha rahat nəfəs almaq olduğunu bilmək...Həyatda yaşamaq budur.

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.