Üz dərinizə sağlamlıq qatan vitaminlər

Üz dərinizə sağlamlıq qatan vitaminlər
Dərimizə qulluq gözəllik rutinlərinin əsasını təşkil edir. Bunun üçün müxtəlif qulluq vasitələri var. Həmin qulluq vasitələrinin başında isə vitaminlər gəlir. Bəs dərinin gizli döyüşçüləri olan vitaminlər nə işə yarayır? Gəlin birlikdə vitaminlərin dərimizə olan faydalı təsirlərini incələyək.

A vitamini

Sızanaqlardan ləkələrin müalicəsinə qədər bir çox dəri problemlərinin həllində çox faydalı vitamindir. Rəng çalarını balanslaşdırmaq, xırda qırışları açmaq, qara nöqtələrdən yaxa qurtarmaq üçün A vitamini köməyinizə gələ bilər. Qaraciyər, süd, yumurta sarısı, kök, ispanaq, brokoli, yaşıl tərəvəzlər, qaysı, şaftalı, balqabaq A vitaminilə zəngin qidalardır.

B3 vitamini

Dərimiz nə qədər qoruyucu vəzifəsini yerinə yetirirsə nəm itirmək dərəcəsi də bir o qədər də, az olur, alergik təsirlər də azalır və qızartılardan şikayətlər də olmur. Sinir sistemini qaydasına salmağa, bərpa etməyə və daha sağlam olmasına faydası var. B3 vitamini pendir, süd, yumurta, balıq, kök, qarğıdalı, xurma və buğda kimi qidaların tərkibində bol miqdarda var.

C vitamini

Xırda qırışları aradan qaldırır. Sallanan dərinin bərpa olunmasında güvənilə bilən vitamindir. Təzə qırmızı bibər və cəfəri olmaqla, kivi, brokoli, limon, çiyələk, qreypfrut, qırmızı kələmin tərkibində bol miqdarda C vitamini var.

E vitamini

Dərinin bərpası və quruluğunun yox olmasında, vaxtından tez yaşlanmada və xərçəngin inkişafında əsas rol oynayan sərbəst radikalların zərərli təsirlərinin yox edilməsində mühüm vitamindir. Buğda toxumu başda olmaqla, dənli və yaşıl yarpaqlı tərəvəzlər, fındıq, badam, zeytun yağı, günəbaxan yağı, soya yağı E vitaminilə zəngindir.

K vitamini

Göz ətrafındakı problemlərdən şikayətlənənlər üçün K vitamini çıxış yoludur. K vitamini qəbul etmək üçün cəfəri, kahı, kələm, pul bibəri rasionunuza əlavə edə bilərsiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.