Qalın və uzun kirpiklər üçün 7 sadə üsul

23 Eylül 2022
3 785
0
Qalın və uzun kirpiklər üçün 7 sadə üsul
Kirpiklərin uzanması üçün ev şəraitində yardım

1. Duşdan sonra kirpiklərini dara – bunu xüsusi kirpik darağı, köhnə amma təmiz fırça və ya diş fırçası vasitəsi ilə edə bilərsən.

2. Kirpiklərinə saç balzamı çək –
saçların gözəlliyi üçün edilən tədbirlər kirpiklər üçün də keçərlidir. Yuduqdan sonra kirpiklərinə balzam çək, bir dəqiqə saxla və yu. Bunu edərkən diqqət et ki, gözlərinin içinə balzam düşməsin. Ən yaxşı halda gözlərini yuma bilərsən.

3. Kirpiklərin üçün xüsusi şampun kəşf et
– düzdür kirpiklər üçün xüsusi şampun olmasa da, sən onları uşaq şampunu ilə ağrısız, gözlərini göynətmədən yuya bilərsən.

4. Kirpiklərinə gənəgərçək yağı çək –
bu yağ kirpiklərə çəkildiyi zaman tük follikülunun dibindəki qan dövranını yaxşılaşdırır və nəticədə kirpiklərin uzanmasına səbəb olur. Kirpikləri necə qalınlaşdırmaq olar? Gənəgərçək yağına batırılmış pambıq disklərlə gözlərinə mini-kompres edə bilərsən və ya bitmiş tuş qabını və fırçasını təmizləyib, içərisinə yağ əlavə edib kipriklərinə tuşu tətbiq etdiyin kimi tətbiq etməlisən. Hər iki üsul effektlidir.

5. Uzun kirpiklər üçün serumlardan istifadə et –
bu tip serumlar müxtəlif olurlar və istənilən büdcəyə uyğunları var. Sadəcə tərkibinə diqqət etmək lazımdır: keyfiyyətli və evdə istifadə üçün səmərəli olmalıdır. Ev şəraitində daha çox skvalen, bisabolol, qliserin turşusu, peptidlər və vitaminlər şəklində olan serumlar faydalıdır.

6. Biotin tətbiq et –
və ya B qrupu vitaminləri də olar. Kirpiklərin qalın olacaq və tökülməyəcək.

7. Kirpiklərini alətlə qıvırdıqdan sonra tuş tətbiq et -
əgər kirpiklərini kirpik qaldırıcı ilə qıvırırsansa bunu tuşa qədər et. Bu proses bitdikdən sonra tuş tətbiq et. Nəticədə isə həcmli kirpiklərə sahib olacaqsan.
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.