Kökəltməyən axşam yeməyi: Tərəvəzli döş ət

08 Kasım 2016
1 717
0
Kökəltməyən axşam yeməyi: Tərəvəzli döş ət
Pəhrizdəsinizsə və ya ümumiyyətlə, “fiquranızı” olduğu kimi saxlayıb, çəki almamaq istəyirsinizsə, o zaman bu resept tam sizlikdir.

Ərzaqlar:


Toyuğun döş əti – 1 ədəd
Baş soğan – ½ ədəd
Kök – 1 ədəd
Dəfnə yarpağı – 1 ədəd
Pomidor – 2 ədəd
Xiyar – 1 ədəd
Duz – istiot – zövqə görə
Bolqar bibəri – 1 ədəd
Kahı yarpaqları
Limon şirəsi

Hazırlanması:

Döş ətin dərisini çıxarıb, yaxşıca yuyuruq. Sonra bir tavaya qoyub, üzəri örtülənə kimi su ilə doldururuq. Qaynamağa başlayandan sonra kökü, soğanı, dəfnə yarpağını, duz-istiotu əlavə edib, 20-30 dəqiqə bişiririk. Sonra oddan götürürük. Suyunu atmayın, başqa yeməklərdə bulyon kimi istifadə edə bilərsiniz.
Sonra bir kənarda salat üçün olan ərzaqları – pomidor, xiyar, bolqar bibəri, kahı yarpaqlarını doğrayıb, qarışdırırıq, üzərinə limon suyu gəzdiririk. Və döş ətinin yanında süfrəyə təqdim edirik. Nuş olsun!
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.