İnsan ən çox nə qədər yaşaya bilər?

14 Kasım 2016
1 354
0
İnsan ən çox nə qədər yaşaya bilər?
İnsanoğlu daha çox yaşamağın sirrini araşdırarkən elm insanları bu sərhədi 115 yaş olaraq təyin etdi. İnsan Ölüm bazası layihəsi tərəfindən əldə edilən məlumatları araşdıran və fərqli ölkələrdə 110 yaşını aşan insanların ölümünü araşdıran elm insanları, son 20 ildə həyat surələrindəki artımın azaldığını ortaya qoydu.


Feat.Az'ın xəbər verir ki, Anadolu Agentliyinin Nature jurnalına istinadən araşdırmaya görə, hər 10 min nəfərdən yalnız birinin 125 yaşına qədər yaşamana şansı var.


'Bir insanın 125 yaşını aşması çox kiçik bir ehtimal'
İnsanoğlunun ən çox 115 il yaşaya biləcəyini bildirən tədqiqatçılardan Albert Einstein Tibb Fakültəsi müəllim Prof. Dr. Jan Vijg, "Əldə edilən məlumatlar, insan həyatının sərhədinə yaxınlaşdığımızı göstərir. İnsanın maksimum həyat müddəti təxminən 115 il. Bu müddəti aşmaq az qala qeyri-mümkün. Bir insanın 125 yaşını aşması çox kiçik bir ehtimal" dedi.


İnsanın ortalama həyat müddəti, peyvəndlərin olması, doğumda yaşanan fəsadların aradan qaldırılması və tibbdəki inkişaflar sayəsində 19. əsrdən bu yana artmış, 100 yaşını aşanların sayı çoxalmışdır.


Dünyanın ən uzun ömürlü insanı 122 yaşında həyatını itirdi

İnsan ən çox nə qədər yaşaya bilər?


Dünyanın ən uzun ömürlü insanı Fransada doğulan Jeanne Calment, 1997-ci ildə 122 yaşındaykən həyatını itirmişdi.


ABŞ-ın California Universiteti və Almaniyadakı Max Planck Demoqrafik Araşdırma İnstitutu tərəfindən yaradılan İnsan Ölüm Məlumat bazası, tədqiqatçılar, jurnalistlər və siyasət mütəxəssisləri üçün insan əhalisi və ölüm faizləri ilə bağlı ətraflı məlumat verir.
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.