Sağlam olmaq üçün hər gün bu 5 qidanı yeməlisiniz

17 Kasım 2016
1 218
0
Sağlam olmaq üçün hər gün bu 5 qidanı yeməlisiniz
Xüsusilə fəsil dəyişkənliyi dövründə sağlamlığımıza daha çox diqqət etməliyik. Bunun üçün müxtəlif vasitələri sınaqdan keçirdirik. Amma heç də bu sınaqlara ehtiyac yoxdur. Sağlamlığımız elə mətbəximizdədir. Sizin üçün bu dəfə daha sağlam olmağınız üçün hər gün yeməli olduğunuz 5 qidanı araşdırmışıq.

Yağsız zülal


Hər qadın gün ərzində 40-75 qram zülal qəbul etməlidir. Buna görə də günlük qida rasionunuza balıq və toyuq əti kimi az yağlı zülalları əlavə etməlisiniz.

Sağlam olmaq üçün hər gün bu 5 qidanı yeməlisiniz

Sağlam karbohidratlar


Enerji səviyyənizi balanslı saxlamaq, sonrakı nahara qədər tox qalmaq istəsəniz dənli bitkilər, kartof və lobya kimi karbohidratları hər gün yeyin.

Faydalı yağlar

Yağların sizin üçün zərərli olduğunu heç vaxt unutmayın. Amma eyni zamanda da, yaxşı antioksidan olmaqla ürəyimizin dostu omeqa-3 və omeqa-6 yağlarını özündə birləşdirən yemiş, zeytun yağı, avokado kimi qidalardan hər hansı birini mütləq hər gün naharınıza əlavə edin.

Liflər

Araşdırmalar göstərir ki, hər qadın gün ərzində 25-30 qram lifli qida qəbul etməlidir. Orqanizmin müqavimətini qoruyur, xolestrolu salır və uzun müddət tox qalmağınıza kömək edən liflər meyvələrdə, tərəvəzlərdə var.

Sağlam olmaq üçün hər gün bu 5 qidanı yeməlisiniz

İçkilər

Gün boyu orqanizminizin suya olan ehtiyacınızı balanslı saxlamağınız çox vacibdir. Şəkərli soda və ya marketdən alınmış meyvə suyu içməkdənsə, antioksidan tərkibli yaşıl çay və ya tərəvəz tərkibli yaşıl çay içməyinizdə fayda var.
foxy.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.