Kişilər ən çox bu yerlərini düzəltdirirlər - SİYAHI

19 Kasım 2016
1 837
0
Kişilər ən çox bu yerlərini düzəltdirirlər - SİYAHI
Estetik əməliyyat dedikdə ilk ağla gələn qadınlar olur. Lakin əslində kişilər də xarici görünüşlərini düzəltməyə olduqca əhəmiyyət verirlər. Türkiyəli estetik və plastik cərrah Aysun Bölükbaşı ona müraciət edən kişilərin heç də az olmadığını deyir. Feat.Az lent.az-a istinadən kişilərin daha çox bədənlərinin hansı hissələrində estetik əməliyyat etdirdiklərindən bəhs edəcək.

Mütəxəssis bildirir ki, kişilər ilk növbədə burun estetik əməliyyatı, göz qapağı cərrahiyyəsi, liposaksiya, döş kiçiltmə və saç əkdirməyə üstünlük verirlər.

A. Bölükbaşı bütün dünyada kişilərin estetik əməliyyatlara artıq çox yaxşı yanaşdıqlarını etiraf edir. Dünyada kişilərin etdirdiyi estetik əməliyyatlar 1997-ci ildən indiyədək 88 faiz artıb: “Amerikada aparılan araşdırmada ən çox etdirilən cərrahiyyə əməliyyatları arasında burun estetikası (rinoplastika) (64 min), göz qapağı cərrahiyyəsi (31 min), liposaksiya (24 min), döş kiçiltmə (ginekomastiya) (18 min) və saç əkilməsi (13 min) əsas yer turur. Cərrahiyyə xarici kosmetik prosedurlarda isə botoks (337 min), lazer epilyasiyası (165 min), mikro dermabrazyasiya (158 min), kimyəvi dəri soyma (90 min), dolğu (78 min) üstünlük təşkil edir. 2010-ci ildə isə kosmetik əməliyyatlara xərclənən ümumi məbləğ 10,7 milyard, cərrahi əməliyyatlara isə 6,6 milyard dollar xərclənib”.

Hər 4 kişidən 1-i işi səbəbindən estetik əməliyyat etdirir

Kişilər daha çox işə dərhal dönə biləcəkləri estetik əməliyyatlara üstünlük verirlər. Xüsusilə iş dünyasının rəqabətli mühiti böhran dövründə ən yüksək səviyyədə yaşanır. Formadan düşmüş, özünə yaxşı baxmayan rəhbərlər, idarəçilər təşkilatı yaxşı idarə və təmsil edə bilmədikləri üçün daha gənc və gümrah peşəkarlarla əvəz edilir: “Şimali Amerikada aparılan araşdırmalardan birində iştirak edən kişilərin 84 faizinin güc və uğur üçün cazibədarlığın əhəmiyyətli olduğuna inandıqları ortaya çıxıb. Kişilərin 42 faizi isə üzlərində hər hansı dəyişikliyin karyeralarına müsbət təsir edəcəyini düşünür. 32 faiz isə daha gənc görünüşə sahib olmağın iş həyatına müsbət təsir yaratdığı qənaətindədir. Qalan 22 faiz isə “bəzi işləri həll edərkən görünüşümdən istifadə edirəm”, - deyə etiraf edib.

Yağ, dolğu, dodaq böyütmə də kişilər arasında məşhurdur. Mütəxəssis hər 4 kişidən 1-nin işi səbəbindən estetik əməliyyat etdirdiyini, qadınların isə cəmi 10 faizinin bu səbəbdən estetik əməliyyata üz tutduqlarını bildirir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.