Hər gün yesəniz, diabetdən uzaq olarsınız - FAYDALI QİDA

26 Kasım 2016
1 897
0
Hər gün yesəniz, diabetdən uzaq olarsınız - FAYDALI QİDA
36 min qadın arasında aparılan araşdırmaya görə, qarabaşaq yeyənlərin diabetə tutulma riski aşağıdır. Araşdırma zamanı gündə 3 boşqab qarabaşaq yeyən qadınların həftədə bir boşqab yeyənlərlə müqayisədə 21% daha az şəkər xəstəliyinə tutulma riskinə sahib olduqları müəyyənləşib. Feat.Az qarabaşağın faydaları haqqında məlumatı təqdim edir.

İlk növbədə onu bildirək ki, qarabaşaq mükəmməl bir maqnezium qaynağıdır. Maqneziumla zəngin olan qidalara üstünlük verən qadınların 21%-nin şəkər xəstəliyinə tutulma riski aşağıdır. Qarabaşaq qan şəkərinin tənzimlənməsində iştirak edir. Aclıq hissinə qalib gəlmə təsiri də yüksəkdir. Qarabaşaq insan bədənində arzuolunmaz xolesterolun azaldılmasına kömək edir.

Ürək və damar xəstəliyində təsirli olan qarabaşaq tərkibindəki kalium, maqnezium, fosfor və dəmir sayəsində yüksək təzyiq və qan azlığına yaxşı təsir edir. Bu qidanın lif nisbəti yüksək, yağ və kalori nisbəti aşağıdır. Toxluq hissi yaradır. Bədənimizin öz-özünə istehsal etmədiyi təməl 8 amin turşusu qaynağıdır. İnsan bədəni qarabaşaqda olan 10-15 faiz zülalın 74 faizini istifadə edə bilir. Bu nisbət bitki mənşəli zülallar içində ən yüksək istifadə nisbətidir (qəhvəyi düyü 70 %, buğda 67%).

Tərkibində qluten olmadığı üçün allergiyası olanlar rahatlıqla yeyə bilər. Yaponiyalı tədqiqatçılar qarabaşağın bədəni rahatlandırdığını, həddindən artıq tərləmə, burun qanamasının qarşısını aldığını və bağırsaqların funksiyalarının yaxşılaşdırdığını ortaya çıxarıblar. 100 qram qarabaşaqda 343 kcal enerji, 13 qram zülal, 3 qram yağ, 10 qram lif, 71 qram karbohidrat, 2,2 mq dəmir, 2,4 mq sink var.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.