2016/2017 -ci il qış mövsümünün ən dəbdə olan rəngləri
Ötən qış mövsümündə yumşaq və incə pastel tonlar dəbdə idisə, bu gün tamamən fərqli seçimlərə müraciət olunur.Dəbli xanımlar bu il daha rəngli və canlı rənglərdən istifadə etmək istəyirlər ki, qışın soyuğunu az da olsa yumşalda bilsinlər.
Bir sıra rənglərin uyumuna diqqət edək.Tünd göy rəng istənilən fakturadadigər rənglərlə çox gözəl uyğunluq yaradır və bundan da başqa, bütün rəng dərili xanımlara yaraşır.Yumşaq səma rəngli göy rəng və onun üzərindən yayı xatırladan yaşıl rəng obraza şarm və incəlik verir.
Əgər siz düşünürsünüzsə ki, boz və boz çalarlı rənglər darıxdırıcı və sıxıcı görünür, siz yanılırsınız.Bu rəngin fonunda siz ciddi, dəbli və maksimum özünə inamlı xanım təsirini bağışlayacaqsınız.
Həmçinin bu il kaşemir tipli sviterlərdən, donlardadan, gödəkçələrdən və paltolardan istifadə etməyə çalışın.
Mözsümdə eləcə də, peyzaj rənglərindən istifadə edin və geyimlərinizi müxtəlif cür aksessuarlarla canlandırın.
fenomen.az