Etdiyimiz Hərəkətlər əslində NƏ DEMƏKDİR ?

04 Aralık 2016
1 502
0
Etdiyimiz Hərəkətlər əslində NƏ DEMƏKDİR ?
Feat.Az saytı diqqətinizi çəkəcək məlumat paylaşır.
Uğur əldə etməyi bacaran insanlar çox zamanlar söz toplusundan deyil, bədən dilindən istifadə edirlər.Ümumiyyətlə bədən dilininbiz düşünüb uyğun sözü ifadə edənə kimi daha tez göstərmək mümkündür.

Həmçinin bədən dilini ətrafdakılara qarşı gizlətmək da çətindir.Məsələn, siz hər hansı bir toplantı yaxud iclasdasınız.Qəflətən siz əllərinizi çənənizə tərəf qoydunuz yaxud da ki, bu zaman əsnədiniz.Bu artıq o deməkdir ki, ya həmin an danışan şəxsin nitqi yaxud da ki, ümumi toplantı sizi bezdirib və siz darıxırsınız.

Beləliklə, bir neçə bədən dilinin əslində nə məna verdiyini sizinlə bölüşürük.

1. Jestdən həddindən artıq çox istifadə etmək.

Çox zaman insanlar diqqəti kənara yayındırmaq istədikləri zaman jestdən çox istifadə edirlər.Özünüzə diqqət edin, verilən suala konkret olaraq elə həmin an cavab vermək istəmədiyiniz an – bədən diliniz işə keçir.
Hər zaman çalışın ki, jestləriniz dəqiq olsun və böyük olmasın.Bu o demək olacaq ki, siz konkret və dürüst insansınız.

2. Saata baxmaq.

Kiminləsə söhbət edərkən bu hərəkəti qətiyyən etməyin, bu ünsiyyətdə olduğunuz şəxsə böyük hörmətsizlik sayılır və həmin şəxsə onun danışdığı mövzunun sizə maraqsız gəldiyini bildirir.

3. Tez – tez saçları qaydaya salmaq vərdişi.

Bu vərdiş sizin əsəbi olduğunuzu ifadə edən vərdişdir.Bu vərdişin isə açıqlaması ondan ibarətdir ki, siz içində olduğunuz vəziyyət zamanı sizin üçün ən önəmli şey yenə də sizin xarici görünüşünüzdür və sizin bütün diqqətiniz yalnız öz üzərinizdədir.

4. Ünsiyyətdə olduğunuz şəxsə həddindən artıq yaxın durmaq.
Söhbət etdiyiniz şəxsə bir neçə pillədən belə yaxın durmusunuzsa, bu həmin şəxsin sərhəd yerinə girmək kimi qəbul olunur və ümumilikdə, bu hərəkət həmin şəxsə qarşı hörmətsizlik kimi qəbul edilir.Belə şəxslər növbəti dəfə sizinlə eyni məkanda görüşsələr, sizdən maksimum dərəcədə kənar durmağa çalışacaqlar.

5. Əlləri sıxmaq.

Bu vərdiş sizin əsəb keçirdiyinizin xəbərçisidir.Çox zaman belə vərdişi olan insanlar mübahisə yaratmağa meyilli olurlar.Yadınızda saxlayın, sizin belə bir vəziyyətdə olmağınız qarşınızdakı şəxsdə də əsəblərin oyanmasına zəmin yaradacaqdır.Odur ki, hər vəziyyətdə sakitliyinizi qorumağa çalışın.
fenomen.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.