Stressin tez götürülməsi üsulları

Stressin tez götürülməsi üsulları
STRESS TƏBİƏTİN BİZİM ORQANİZMİMİZƏ VERDİYİ ƏN TƏBİİ CAVAB REAKSİYALARINDAN BİRİDİR.STRESSDƏN TAMAMİLƏ QAÇMAQ MÜMKÜN DEYİL,lakin onun mənfi nəticələrinin qarşısını almağın bir neçə üsulu var.Aşağıda sizi bir neçə bu üsulla tanış edəcəyik:

1. Gülüş
Çətin vəziyyət keçirdiyimiz an biz yüksək miqdarda adrenalin və kortizolun atılması nəticəsində stress hissi yaşayırıq.Bunun nəticəsində biz fikrimizi cəmləyə bilmir, bədənimizdə yüksək gərginlik hissi keçirir, qorxu və hətta psixomatik hallar da keçirə bilirik.Lakin gülüş bu zaman cavab reaksiyası verir, yəni, kortizolla gedən prosesin iş rejimini özünə qaytarır və bədəndə endorfinlərin stimullaşmasını təmin edir.Buna görə də əgər siz bir balaca narahatçılıq hissi keçirirsinizsə, bu zman hər hansı bir komediya, gülməli film yaxud da ki, yumoristik şouya baxmağa çalışın.

2. Yuxu
Əsəb qəfəslərinin bərpa olunması fikri alimlər tərəfindən çoxdan sübut olunmuşdur.Bu da aydındır ki, bədəndəki bütün proses və reaksiyaların normal və düzgün getməsi üçün hər bir insan normal yuxu rejimində olmalıdır.Yalnız tam alınmış yuxu zamanı bədən əsəb qəfəslərini tam təmin edən hormonları ifraz edir və onların iş rejimini tam yerinə yetirə bilir.

3. Banan, süd və şokolad
Bir çox insanlar deyirlər ki, stress yaşadıqdan sonra onların iştaha hissi həddindən artıq yüksək olur.Bu orqanizmin normal cavab reaksiyasıdır.Biz əsəb hissi keçirdiyimiz zaman orqanizmimiz tam gücü ilə işləməyə başlayır.Banan və şokolad B qrup vitaminləri, maqnezium, kalium vitaminləri ilə olduqca zəngindir.Hətta bu maddələri bədənin "qurucu matrialı" da adlandırmaq olar.

4. Rahatlandırıcı duş və ya vanna

Su - stressi götürmək üçün ən yaxşı vasitələrdən biridir.Nə üçün ?Bunun cavabı çox asandır, çünki, su və tər ilə birgə bədəndən adrenalin və kortizolun ifraz olunmasına kömək edir.Əgər vaxtınız varsa. vannanı isti su ilə doldurun, ona dəniz duzu, lavanda yağı əlavə edin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.