Kosmetoloqlar da şokdadır – Bu maska qırışları birdəfəlik yox edir

29 Kasım 2016
2 353
0
Kosmetoloqlar da şokdadır – Bu maska qırışları birdəfəlik yox edir
Hər bir xanımın mətbəxində çay sodası mütləq olaraq var. Adətən çay sodasından müxtəlif şirniyyatların bişirilməsi zamanı istifadə olunur. Həmçinin məişətdə də sodadan geniş istifadə edilir.

Güman ki, əksər xanımlar çay sodasının üz dərisinə və bədənə xeyirlərindən xəbərdardır.

Feat.Az-ın baku.ws saytına istinadən oxucularına təqdim edəcəyi bu möcüzəvi maska üz dərinizi cavanlaşdıracaq. Buna özünüz də təəccüb edəcəksiniz.

Beləliklə, qələm və kağız götürün qeyd edin:

Tərkibi:


2 xörək qaşığı çay sodası
2 damcı çayağacı yağı
0,5 limonun şirəsi
Bütün inqredientləri krem halına çevrilənə qədər qarışdırın.

İstifadə qaydası:

Maskanı təmiz üzə çəkib, 3 dəqiqə gözləyin, sonra ilıq su ilə yuyun. Üzərindən bir həftə ötəndən sonra eyni maskanı yenidən üzünüzə tətbiq edin. Amma bu dəfə 10 dəqiqə müddətində saxlayın. Sonra yenidən ilıq su ilə yuyun. Əgər sizin üz dəriniz həssasdırsa, qarışığa azacıq su əlavə edə bilərsiniz.
Məlumat üçün qeyd edək ki, çay sodası dərini aşındırır, ölü hüceyrələrdən azad edir, həmçinin bütün çirki təmizləyir.
Çayağacı yağı dəri üçün həddən artıq faydalıdır. Xüsusilə də dərisində sızanaqları və çivzələri olan xanımlar bu yağdan istifadə etməlidirlər.
Limon şirəsi isə üzdə çivzələrin yaranmasını önləyir, günəş şüalarından yaranan piqment ləkələrini aradan qaldırır.
Nəticə sizi heyran edəcək, üz dəriniz cavanlaşacaq!

Yeri gəlmişkən, əziz xanımlar, sizə ev şəraitində çay sodası ilə hazırlanan skrab tərifini də veririk.
1 çay qaşığı sodanı 1 xörək qaşığı xama ilə qarışdırın. Bu çox yaxşı skrab və eyni zamanda üz üçün ağardıcı maskadır. Təmiz üz dərisinə çəkin və 15 dəqiqədən sonra masaj xətləri üzrə yüngül masaj edin. Daha sonra ilıq su ilə yuyun.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.