Qırışların qarşısını alan krem – ÖZÜNÜZ HAZIRLAYIN

29 Kasım 2016
1 575
0
Qırışların qarşısını alan krem – ÖZÜNÜZ HAZIRLAYIN
Evdə asanlıqla hazırlayacağınız bu kremlə qırışlarınız bir həftədə gözlə görüləcək şəkildə azalacaq. Aile.lent.az kremin hazırlanma qaydasını təqdim edir.

Vəsaitlər:

2 çay qaşığı vazelin
1 yemək qaşığı badam yağı və ya zeytun yağı
1 yumurta sarısı
1 çay qaşığı bal
1 ədəd yetişmiş avokado

Hazırlanması:

Vazelin yumşalana qədər bir neçə saniyə mikrodalğalı sobada isidin. Balı töküb yaxşıca qarışdırdıqdan sonra yumurtadan başqa bütün vəsaitləri əlavə edin.

Ən sonda yumurtanı da qatıb kremə bənzər qarışım əldə edənə qədər çırpın.

Qarışığı bir qaba qoyub qapağını bağlayaraq çalxalayın.

İstifadəsi:

Əvvəlcə qarışımı ən az 5 dəqiqə ağzını açmadan saxlayın.

Üzünüzü təmiz yuyandan sonra düzətdiyiniz kremi üzünüzə sürtün. Bir neçə dəqiqə dairəvi hərəkətlərlə masaj edin.

30 dəqiqə gözlədikdən sonra suyla islatdığınız pambıq və ya dəsmalla silin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.