Xuraman Şuşalı: "Qadın toyda atdanıb-düşür, ora-burası silkələnir, günahdır"

06 Aralık 2016
3 090
0
Xuraman Şuşalı: "Qadın toyda atdanıb-düşür, ora-burası silkələnir, günahdır"
Müğənni Mənzurə Musayeva hicablı qadınlar haqqında ağır ittiham səsləndirib.

O, hicablı xanımların toyda həddindən çox oynadıqlarını deyib: "Hicablı xanımlar toyun ortasından çıxmır. Başını bağlamaq və toyda çox oynamaq nədir? Görmüşəm ki, hicablı xanımlar bir qədər ağır olur və toyda az oynayırlar".

Feat.Az xəbər verir ki, səhnəmizin hicab bağlayan müğənnisi Xuraman Şuşalı aznews.az-a açıqlamasında həmkarı Mənzurə Musayevanın fikirlərinin haqqa söykəndiyini deyib:

"Hər kəs öz günahına görə cavab verəcək. Hicablı xanım sorğu-sual olunacaq. Allah rəhm edəndir, bu gün oynayan bəlkə, sabah oynamayacaq? Bəlkə, sabah Mənzurə xanım özü başını bağlayacaq? İnsan bilmir ki, sabah hansı addımı atacaq. Allah ona da hicab nəsib etsin. Hicabı hər kəs taxa bilmir. Biz hicabı toyda oynayan qadınlardan deyil, xanım Fatimeyi-Zəhradan öyrənməliyik. Əgər kimsə özünü saxlaya bilmir, kişi olan məclisdə oynayırsa, bu onun günahıdır. Kişi məclisində oynamaq günahdır. İçki məclisində qadın oynamaz. Mənzurə xanım düz deyir, kişi məclisində hicablı xanım olmamalıdır, olsa da oynamamalıdır".

Xuraman Şuşalı qeyd edib ki, Allah içki məclisini lənətləyir: "Dünənə kimi mən də məclislərə gedirdim. Amma bu gün mənə milyard da versələr içki məclislərinə getmərəm. Ümumiyyətlə, qadının kişi məclisində oynaması haramdır. İstər başı bağlı, istərsə də başı açıq olsun, qadın atdanıb-düşür, ora-burası silkələnir. Bu da günah sayılır, kənardan naməhrəmin diqqətini cəlb edir".
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.