Ətri göbəyinizə vursanız... – Qalıcı olmasının sirri

06 Aralık 2016
2 103
0
Ətri göbəyinizə vursanız... – Qalıcı olmasının sirri
Kim istəməz vurduğu ətrin qoxusu gün boyu ətrafa yayılsın?! Ətrinizin qalıcı olmasını istəyirsinizsə, onu bədəninizin hansı bölgəsinə vurduğunuza diqqət etməlisiniz.

Feat.Az ətrin qalıcı olmasının yollarını təqdim edir.

Məsələn, dirsək içləriniz ətrin qaldığı bu nöqtələrdən biridir. Eyni zamanda diz qapaqlarının arxası da ətri daha qalıcı edən bölgələrdəndir. Oralarda qan dövranı daha sürətli olduğundan gün boyu hərəkət etdikcə ətir yayılır.

Çox adam ətri boynuna vurur, əslində isə ən doğrusu ətri qulaq arxasına sıxmaqdır.

Ətrinizi vura biləcəyiniz bir digər nöqtə də göbəyinizdir.

Çox bilinməsə də, kremlər ətrin qalıcı olmasına yardımçı olur. Boynunuza hər hansı bir nəmləndirici krem çəkdikdən sonra ətrinizi vurun. Bu zaman kremlə birlikdə ətriniz də dəri tərəfindən əmilir, bədəninizə hopur.

Ətri vurduğunuz yeri qətiyyən ovuşdurmayın, ovxalamayın. Bu, ətrin kimyəvi tərkibini pozmasına və ən pisi də ətrin o dəqiqə qurumasına səbəb olur. Belə halda isə ətir dəriniz tərəfindən əmilməz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.