Ən Çox Kalori Yandıran Qidalar

1. Süd məhsulları

Kalsium mənbəyi olan süd məhsulları kalori əridən qida siyahılarının başında gəlir. Yağlılığı az olan süd , qatıq, ayran yağ əriməsini sürətləndirir. Buna görə də süd məhsullarından gündə iki dəfə istifadə edin.
2. Üzüm

Xüsusi ilə qırmızı üzüm , tut, yerbadamındakı antioksidan xüsusiyyəti olan resveratrol maddəsi yağın həll olmasına kömək edir. Bu səbələ pəhriz saxlayanlara gündə bir xörək qaşığı bu qidalardan yararlanması tövsiyyə edilir.
3. Qırmızı Bibər

Qırmızı bibər bədən hərarətini qaldıraraq yağların əriməsini sürətləndirir. İçindəki acı maddə qan dövranını sürətləndirirək bədənin istiliyini artırır. Bədən tempraturu qalxdıqca yağların əriməsi sürətlənir.
4. Lifli qidalar

Lifli qidalar bədəndə yağ yığılmasını əngəlləyir. Kahı, ispanaq , pomidor kimi tərəvəzlərdə olan bol lif toxluq hissi yaradır və bədəndə kalori artmasına imkan vermir.
5. Yaşıl çay

Sağlamlıq deposu olan yaşıl çay : ehtiva etdiyi katesin maddələr mübadiləsini və qaraciyərin yandırdığı yağ nisbətini sürətləndirir. Gündə 2-3 fincan yaşılçay içə bilərsiniz
Hazırladı : Əliyeva Günay