Dərs Oxumağınıza və Zəkanızı İşləməsinə Yardım Edəcək 5 Taktika

03 Ekim 2020
1 645
0
Dərs Oxumağınıza və Zəkanızı İşləməsinə Yardım Edəcək 5 Taktika
Dərs etməyə başlamazdan əvvəl şüuraltımızda artıq onun nə qədər çətin, uzun olması ilə bağlı fikirlər düşünməyə başlayırıq.Bu zaman da dərs etməmək, çalışmamaq üçün də beyin artıq özünə televizora baxmaq, sosial şəbəkələrə girmək və s kimi müxtəlif cür bəhanələr düşünməyə başlayır.

Feat.Az dərslə səmərəli şəkildə məşğul olmaq üçün sizə aşağıdakı taktikalara uymağı məsləhət görür :


1. Məşğul olduğunuz dərsi asan, orta asan, çətin, orta çətin, çox çətin adlı pillələrə ayırın.Ayırdığınız bu pillələr sizə fikrinizi dərsinizə daha yaxşı cəmləməyə, onu həll etməyə kömək edəcək.

2. Bir dərs üzərində 30 dəqiqədən çox oturduğunuz zaman istər – istəməz fikir cəmləmə prosesi pozulur.Bu zaman da ən yaxşı çıxış yolu 5 dəqiqə fasilə verməkdir.Bu fasilədə çalışın ki, beyniniz dincəlsin və bəlli zaman keçdikdən sonra yenidən davam edə bilərsiniz.

3. Dərs edərkən önəmli hissələri rəngli fosforlu qələmlə işarətləyin.Bu sizə göz yaddaşınız vasitəsilə həmin dərsin zehninizə yazılmasına yardım edəcəkdir.Başqa bir köməkçi yol isə kiçik qeyd kağızlarıdır.Vacib kəlmələri, sözləri, yaxud da yadda saxlamağa çətinlik çəkdiyiniz mövzuları həmin kağızlara qeyd edib, onu göz qarşısına qoyun.

4. Dərs zamanı ac olmamalısınız.Yüngül atışdırmalıqlar edin.Bu əsasən meyvə, yüngül salatlar və çərəzlər ola bilər.Çalışın ki, bu fasilədə ziyanlı qidalar qəbul etməyəsiniz.Lakin, çox tox da olmaq dərs hazırlanması prosesinə mane olur.

5. Dərs çalışarkən masanın üzərində yalnız dərsin həlli üçün lazım olan vasitələri saxlayın.Artıq kompyuter, telefon və s uzaq tutun ki, onlar sizin fikrinizi cəmləmənizə mane olan vasitələrdir.
fenomen.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.