İnsan 200 min il sonra necə görünəcək?

18 Aralık 2016
1 328
0
İnsan 200 min il sonra necə görünəcək?
Əslində Hardy-Weinbergə görə təkamül mexanizmlərindən ən az biri genetik populyasiya içində təsirli olduğu müddətcə təkamül dəyişiklikliyi olacaq. Bu mexanizmlər mutasiya, təsadüfi olmayan cütləşmə,gen axışı, genetik drift və ya təbii seçimdir.Təkamül davam etdiyinə görə insanlar gələcəkdə nəyə bənzəyəcək? Feat.Az bildirir ki, Gələcək təkamül dəyişikliklər haqqında təxmin texniki baxımdan doğru olmasa da , bugünkü gedişata baxaraq yaxın gələcəkdə nələr olacağını təxmin edə bilərik.

DAHA KİÇİK KƏLLƏ HƏCMİ:


Kəllə həcmi ilə əlaqədar təxminlər əsas iki düşüncə var. Çox sayda elm insanının daha böyük kəlləyə malik olmasının qeyri-mümkün olduğunu iddia edir. Bir çox elm isə daha böyük bir başın doğumu imkansızlaşdıracağına inanır. Daha böyük bir baş anaya zərər verəcək,daha da pisi ölümünə yol aça biləcək. Bu baxımdan baş ölçülərinin eyni qalması, hətta zaman içində kiçilməsi qaçınılmazdır.

AYAQBARMAĞI SAYINDA AZALMA:

İnsanlar iki ayağı üzərində getməyə başlamadan əvvəl ayaq barmaqları, eyni əl barmaqları kimi qavrama qabiliyyətinə sahib idi.Getmə vərdişini qazandığımız andan etibarən ayaq barmaqları yavaş-yavaş bugünkü ölçülərinə sahib oldu.Bu səbəbdən beşinci ən kiçik barmağın gedərək kiçilməsi bu prosesin bir xəbərçisidir.Kiçik barmaq bu gün işə yaramır və bu barmağı olmadan insanlar heç bir çətinlik yaşamır. Bu gün kiçik barmaq ayaqqabıların içində sıxlıq , qabar kimi və s. problem yaradır. Bu səbəbdən insanların zaman içində dörd ayaq barmağının qalacağını söyləyə bilərik.Heyvanlar da təkamül nəticəsində bəzi barmaqlarını itiriblər.

KİÇİK DİŞLƏR:


Ən yaxın zamanda gözlənilən dəyişiklik ağıl dişlərinin yox olmasıdır. Bu dişlər bu gün müasir insanlarda işə yaramır.Bəzi etnik qruplarda bu dişlər heç çıxmır. Bunun xaricində dişlərimizin gedərək kiçiləcəyi iddia edilir. İnsanlarda dişlər bu günə qədər təkamülü boyunca kiçilmə meyli göstərdi. Fosil qeydlərinə görə son 100 min il içində dişlərin yarı yarıya kiçildiyi və buna bağlı olaraq çənənin də kiçilmiş olduğu görülür.

UZUN BOYLAR:


İnsanlarda boy uzunluğu son iki əsrdir sürətli bir şəkildə uzanır. Yalnız son 150 ildə insanların orta boyu 10 sm qədər uzandı. Boy uzanmasından əlavə diqqətə çarpan yemək bolluğudur.Aclıq uzunboyun önündəki ən əhəmiyyətli maneədir. Bir uşaq nə qədər sağlam bəslənsə, o qədər sağlam inkişaf edər və boyu uzanır. Yemək çətinliyi yaşanmadığı müddətcə boyların uzanması davam edəcək. Bunun sərhədini təkamül təyin edəcək.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.