Pulqabı haqqında qəribə inanclar - Varlanmaq

19 Aralık 2016
2 086
0
Pulqabı haqqında qəribə inanclar - Varlanmaq
Pulqabı harda olmağımızdan asılı olmayaraq, daim bizimlədi.Pulqabı ilə bağlı qəribə inanclar var. Feat.Az həmin inanclardan bəzilərini sizə təqdim edir:

Yeni aldığınız pulqabıdan pulunuz tez-tez düşürsə, pul heç vaxt sizi sevməyəcək.

Pulqabı səliqəli, təzə olmalıdır. Həmçinin pulların böyükdən kiçiyə səliqəli və eyni istiqamətdə yığılmasına diqqət edin. Pulu sonuna kimi xərcləməyin, heç olmasa, qəpik saxlayın.

Pulun uğurlu olmasını istəyirsinizsə, onlarla səliqəli rəftar edin.

Fen-şuya görə, pulqabı seçərkən rənginə, materialına, təzə qalmasına diqqət edilməlidir.

Pulqabının rəngi:

Ümumi götürsək, qırmızı və qızılı rəngli pulqabı uğurlu sayılır.

Fen-şuya görə, hər kəsin öz elementi var. Elementə uyğun olaraq, hər kəs özünün var-dövlət rəngini bilməlidir. Buna uyğun da pulqabı seçməlidir.

Elementlər:

Od - qırmızı tonlar aiddir.

Torpaq - qızılı, sarı, baj, narıncı rənglər aiddir.

Ağac - yaşıl, qəhvəyi rənglər aiddir.

Su - qara, mavi, göy, bənövşəyi rənglər aiddir.

Metal - ağ, boz, gümüşü rənglər aiddir.

Lakin inanca görə, elementdən asılı olmayaraq, mavi, göy rəngli pulqabı pulu göyə sovurur.

Materialı:

Pul qabı dəridən, məxmərdən, parçadan hazırlanır. Əsasən təbii materialdan hazırlanması vacibdir. Bütün təmiz materialların öz enerjisi var. Pulqabının daim enerjili olması üçün təmiz dəri materiallı və geniş olmasına diqqət edin. Blaca pulqabı az puldan xəbər verir.

Bu səhvləri etməyin:


Pulqabının içinə puldan əlavə heç bir şəkil, çek (işıq, qaz, su) , bilet-filan qoymaq olmaz. Çöldən tapılan pulu pulqabına qoymayın. Çünki onun öz neqativ enerjisi var. Çox pulun böyük, az pulun az enerjisi olur.

Pulqabının talismanı:


Ruzulu olması üçün içinə darçın, nanə yarpağı, yaşıl şay, 3 ədəd qırmızı lentlənmiş Çin qəpiyi (ortasında deşik var) qoyun. Həmçinin pulqabının parça hissəsinə təbii yağ da damızdıra bilərsiniz. Bu lavanda, portağal, nanə, yaxud başqa xoşagələn qoxulu yağlar ola bilər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.