Dünyanın ən kiçik gizli kameraları

17 Aralık 2016
3 632
0
Dünyanın ən kiçik gizli kameraları
Dünyanın ən kiçik gizli kameraları olan bu kameralarla bir oyuncağın gözündə, paltarların düymələrində, siqaret və ya saqqız paketlərində qarşılaşa bilərsiniz. Feat.Az bildirir ki, əgər casus olmaq istəyirsinizsə və kamera qiymətləri sizin üçün çox əhəmiyyətli deyilsə, bu kameralardan birinə mütləq sahib olmalısınız. Bu kameraların bəziləri Çində olduqca ucuz satılır.

Ölçüləri çox kiçik olduğundan kəşfiyyatda da sıx istifadə olunan bu kameralar fərqli sahələrdə istifadə edilə bilir. Dünyanın ən keyfiyyətli casus kameraları ilə bu yazımızda tanışola bilərsiniz.

Chobi Cam One HD - Bu kamera dünyanın ən kiçik kameraları arasında iştirak edir. Video da yaza bilir.

Dünyanın ən kiçik gizli kameraları

Clap Digital Camera - Bu kamera bir flash yaddaşa yerləşdirilir. Çəkdiyiniz fotoşəkilləri ayrıca bir yaddaşda tutur. Bu kameralar ona görə clap (alqış) adlanır ki, bunlar yalnız bir əl çırpmasıyla fotoşəkil çəkə bilirlər.

Dünyanın ən kiçik gizli kameraları


Gizmon Half-D - Bu kamera çəkilmiş fotoşəkillərinizdən qısa bir film meydana gətirə bilər. Bu kameralara özəl xüsusi lenslər yaradılıb.

Dünyanın ən kiçik gizli kameraları


Ka-mu-ra - Ka-mu-ra kamera, kiçik bir düzbucaqlı kərpic kimi görünür. 8 megapixel kamerası olan bu maşının 4 gb yaddaşı var və video da çəkə bilir.

Dünyanın ən kiçik gizli kameraları


Nanoblock Toy Camera - Lego blokları arasına gizlənmiş bu gizli kameranı fərq etmək həqiqətən çox çətindir. Lego parçalarından meydana gəldiyi üçün kameranın dizaynını hər gün dəyişdirə bilərsiniz. Amma 2 megapixel kameraya sahib olduğu üçün çox keyfiyyətli fotoşəkil əldə etmək mümkün deyil.

Dünyanın ən kiçik gizli kameraları
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET