Apple işçilərinə görə 2 milyon dollar kompensasiya ödəməli olacaq
Feat.Az bildirir ki, iddia 2011-ci ildə Apple Store mağazasının keçmiş əməkdaşı tərəfindən başladılıb. İddianı verən isə mağaza əməkdaşı Brandon Felczer və onun üç həmkarı olub. 2014-cü ildə bu siyahıya 20.000 Apple işçisi də qoşulub.
İddiaçılardan birinin bildirdiyinə görə şirkət 5 saat fasiləsiz çalışmağı, digəri isə qonorarı 2 gün geçikdirdiyini bildirib. Hətta bəziləri fasilənin 7-8 saata qədər verilmədiyini açıqlayıb. Bu əsasən çalışma zamanına əsasən pul ödənən işçiləri əhatə edir. Kaliforniya məhkəməsi Apple-ı bu mövzuda günahkar hesab edib və işçilərə 2 milyon dollar kompensasiya ödəməsini tələb edib. Beləliklə, hər bir zərərçəkən 95dollar ala bilər.
Apple-a qarşı bir digər tələb isə işçilərin iş çıxışında yoxlanmasına vaxt sərf etməsinə görə pul ödənməməsi ilə bağlıdır.
technote.az