Məşhurların xarici görünüşləri ilə bağlı narazılıqları

20 Aralık 2016
1 089
0
Məşhurların xarici görünüşləri ilə bağlı narazılıqları
Çoxları düşünür ki, məşhurlar özlərinə tamamilə əmindirlər. Lakin bu heç də belə deyil. Ulduzlar da insandır və onlarda da bizdə olduğu kimi özlərinə inamsızlıq yaranır. Feat.Az Sizə bəzi ulduzların öz xarici görünüşləri haqqında fikirlərini təqdim edirik.

Sandra Ballok: “Mən özümü gözəl adlandıra bilmərəm, mənim gülüşüm isə xorultuya, ya kaftarın nəriltisinə bənzəyir. Mən Hollivuda gəldiyim zaman, mənə dərhal burunumun formasını dəyişdirməyi və ya saçlarımı rəngləməyi tövsiyə etdilər”.

Skarlet Yoxansonu xarici görünüşü tam yerindədir. “Mən öz xarici görünüşüm haqqında narahat olmamağa çalışıram. Amma, çox güman ki, hər şey əhval-ruhiyyədən asılıdır, çünki bəzən başqa göz formasına malik olmaq və ya burunun biraz daha incə olmasını, boyun hündür olmasını, bədənin daha qamətli olmasını istəyirəm".

Tilda Suinton zarafat edir ki, o gözəlliyinin sayəsində deyil, onun yoxluğunun sayəsində məşhur olub. “Liftdə, hava limanında və ya küçədə mənə çox vaxt “cənab” deyə müraciət edirdilər. Menim belə hündür və daim makiyajsız olmağım insanları çaşdırır. Onlar sadəcə bu cür görünən varlığın qadın ola bilməsini təsəvvür edə bilmirlər".

“Gözəlçə” Culiya Roberts
etiraf edir ki, güzgüyə baxdığı zaman o “gözlərinin altında kisələr olan qorxunc arıq qadın” görür.
Keyt Bekinseyl öz bədən forması haqqında belə deyir: “Yumru yanı və kiçik sinəsi olan arıq qadın”.
Bilirsinizmi ki, Viktoriya Bekxem fotoqraflara poza verərək niyə heç vaxt gülümsəmir? Sən demə Viktoriya gülümsəməyə utanır, çünki o fikirləşir ki, bu onu “qorxunc” edir. Bundan başqa o qorxur ki, hər kəs onun üz dərisindəki əyrilikləri görəcək. Viktoriya həmçinin öz qarnından və arıqlığından da utanır.

Şakiranın kliplərində onun geyimlərini izləyərək bu qadının öz bədənindən utanmasına inanmaq çətindir. Lakin müğənni etiraf edir ki: “Mən öz bədənimdən çox utanıram. Maksimum mən qarnımı çılpaq qoya bilərəm.”

Keti Perri yeniyetmə olduğu zaman sinəsinin kiçik qalacağından qorxurdu. Buna görə, o Allaha dua edirdi ki, sinəsi o qədər böyük olsun ki, yataqda uzandıqda o ayaqlarını görə bilməsin.K

Kemeron Dias da həmçinin öz sinəsindən narazıdır. “Mən daim onun böyüməsini ümid edirəm, lakin hər şey nahaqdandır, o yenə də balacadır ki balaca!”

Bir çox qızların paxıllıq etdiyi aktrisa Kira Naytli öz arıqlığından utanır. “Jurnallar hər dəfə yazırlar ki, indi qarnını göstərmək dəbdə deyil. Maraqlıdır ki, bəs onda mən haramı göstərim? Axı mənim sinəm demək olar ki, tamamilə yoxdur”.

Məşhur iri sinəli model Keyt Apton əksinə, kiçik sinəsinin olmasını arzu edir. “Mən həyatımın hər günü kiçik sinə arzu edirəm! İncə çiyinbağıları olan toplar geyinmək və onların altından alt paltarı geyinməmək istəyirəm.

Klaudiya Şeffer indiyə qədər özünü “uzundraz” hesab edir! Hətta məşhur supermodel statusu da bu kompleks ilə mübarizədə ona kömək etmədi.

Selena Qomes hesab edir ki, onun qulaqları çox qəribə formadadır. “Bilmirəm, siz fikir vermisiniz ya yox, amma mən həmişə onları saçlarımın altında gizlətməyə çalışıram”.

Son olaraq sizə çox gözəl Sofi Lorenin müdrik sözlərindən sitat gətirmək istərdik: “Təravətli yanaqlar, yaxşı rənglənmiş gözlər cazibədar olmaq üçün əsas deyil. Gözəllik başqa şeylərdən — mehribanlıqdan, ağıl və əlbəttə ki, təxəyyüldən asılıdır ki, bunlarsız effektli qadın olmaq mümkün deyil.”
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET