Gözləriniz kimi sevdiyinizi bəlli edir

26 Ekim 2020
1 889
0
Gözləriniz kimi sevdiyinizi bəlli edir
Bədən üzvlərimizin iş prinsipi ilə bağlı hər gün müxtəlif maraqlı məlumatlar oxuyururuq. Bəs bilirsiniz ki, havanın necə olacağını, ağrıların səbəbini bizə əvvəlcədən xəbər verə bilən bədənimiz həm də özünü qorumaq üçün bəzi yöntəmlərə əl atır?

Feat.Az bədən üzvləri ilə bağlı bəzi maraqlı məqamları təqdim edir:

Həddindən artıq soyuq olduqda vücudumuz bunu başa düşür. Bu səbəbdən gözlərdəki qan damarları enerjini qorumaq üçün sıxılır və insan keçici olaraq kor olur.

Daha yaxşı eşitmək üçün sol qulağınızı danışan şəxsə tərəf çevirin. Çünki sağ qulaq səsləri daha yaxşı izləsə də, sol qulaq daha yaxşı eşidir.

Göz bəbəkləriniz sizdən asılı olmayaraq hiss və duyğularınızı göstərir. Sevdiyiniz şəxsləri gördüyünüz zaman sinir sisteminiz hərəkətə keçir və göz bəbəkləriniz böyüyür.

Mədəniz yandığı zaman sol böyrünüzün üstünə yatın. Bu zaman yerin cazibə qüvvəsinin təsiri ilə mədə qida borusunun altında qalır. Beləliklə, asit turşusu qida borusuna keçə bilmir.

Revmatizm və miqreni olan xəstələr doğru hava təxmini verə bilirlər.

Peyvənd olunduğunuz zaman ağrını hiss etməmək üçün astadan öskürmək köməyinizə yetəcək.

Burnunuz tutulduğu zaman dilinizlə damağınızı, barmağınızla da iki qaşınızın arasını sıxın. Burun sümüyünüz hərəkət etdiyi üçün 20 saniyə ərzində burnunuz açılacaq.

Dişiniz ağrayan zaman baş barmağınızla işarət barmağınızın arasındakı V formasındakı hissəyə buz qoyun.

İnsan qorxan zaman ürəyi sürətli döyünməyə başlayır. Ürək döyüntülərinin sürətini nizamlamaq üçün baş barmağınızı üfürün.

Beynin qoxuya nəzarət edən hissəsi duyğu və xatirələrlə eyni yerdədir. Odur ki, keçmişdə iylədiyiniz hansısa bir qoxu hissetdiyiniz zaman onunla bağlı xatirələr də xəyalınızda canlanacaq.
Mənbə:qafqazinfo
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.