Yeni il inanclari-daha çox pul və bərəkət üçün bunları edin

23 Aralık 2016
3 069
0
Yeni il inanclari-daha çox pul və bərəkət üçün bunları edin
Hamı yeni il gecəsini səbirsizliklə gözləyir,lakin məhz bu gecə ürəyinizdə olan arzuların həyata keçməsi üçün nə etməli olduğunuzu bilirsiniz?
Məhz ilin sonuncu günü gələn ildə arzularınızın həyata keçməyi üçün bir vərəq və bir qələm götürürsünüz.Qələmlə vərəqin ortasından xətt çəkirsiniz.Sonra yaxşıca düşünürsünüz:ən çox hansı arzunuzun həyata keçməyini istəyirsiniz.Bundan sonra xəttin bir hissəsinə arzularınızı , digər hissəsinə isə həyatınızda xoşunuza gəlməyən nə varsa onları yazırsınız.Yazıb başa çardıqdan sonra ortadan çəkdiyiniz xətt boyunca vərəqi iki yerə ayırın.Xoşagəlməz hissəni cırın və atın.Arzularınız olan hissəni isə ya şəkil albomunuza ya da sevdiyiniz bir kitabın arasına qoyun.Həyatınızın necə dəyişdiyinə özünüz şahid olacaqsınız.
Əgər yeni ildə evinizin bərəkətinin artmasını istıyirsinizsə onda qurduğunuz şam ağacının budaqlarının üstünə pullar qoyun.İlin bərəkətli olması üçün şam ağacının üstündən meyvə,konfet,marmalad asmaq lazımdır.Şam ağacından asılmış konfetin "dərilib" yeyilməsi ruzunun ilboyu artmasına səbəb olur.Əgər səhhətinizin düzəlməyini istəyirsinizsə şam ağacından əsasən ağ oyuncaqlar asın,əgər gələn ildə məhəbbət payınızı tapmaq istəyirsinizsə onda ağacı qırmızı oyuncaqlarla bəzəyin.
Yeni il gecəsi cibinizə mütləq pul qoyun.Hətta yaxşı olardı ki,yanvarın biri səhər yuxusundan durduqda üzünüzü pulla silərdiniz.
İlin ilk dəqiqələrində bir oğlan uşağının başını sığallayın və ya ilk olaraq kişi xeylağını təbrik edin.Deyilənə görə bu sizin ilboyu hər yerdə uğur qazanmağınıza kömək edəcək.
İlin ilk günü iş görmək,ev yığışdırmaq olmaz.Onda ilboyu fasiləsiz işləyəsi olarsınız.
Əvvəlcədən buğda alın.Gecə saat on ikini vuranda buğdaları bir-bir yerə ataraq deyin:"Qoy birdən on yaransın,ondan yüz yaransın,yüzdən min yaransın,beləcə mənim də pulum çoxalsın,evimə pul axsın."Səhəri gün onu yığmayın,yalnız ayın ikisi yığın və qırmızı bir dısmala bükərək saxlayın.Yazda isə onu cücərdin və yenidən buğdasından yeni il gecəsi istifadə etmək üçün götürün.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.