Bir müştərisi belə olmayan 10 min otaqlı otel
5 kilometrlik uzunluğa malik olan bu otelin 10 min sayda otağı var. Belə ki, 20 min yataqlı nəhəng bir otel 76 il bundan əvvəl qurulmuş olmasına baxmayaraq, inşa edildiyi gündən bu yana tək bir ziyarətçisi belə olmayıb. Bunun səbəbi isə bu otelin Nazı Almaniyası zamanında Hitlerin əmriylə Prora adıyla 1936 və 1939 illər arasında "KDF" (Kraft Durch Freude) proqramı çərçivəsində tikilmiş olmasıdır. Yəni Hitler bir tərəfdən böyük bir müharibə planı hazırlayarkən, digər tərəfdən də bu böyük otelin tikilib bitirilməsinə təsdiq vermədiyi üçün otelin heç vaxt müştərisi olmamışdır.
Tək bir ziyarətçisi belə olmayan 10 min otaqlı otelin tikintisində təxminən 9.200 işçi çalışmışdır. Ancaq 1939-cu ildə müharibə ilə əlaqədar olaraq tikilib qurtarmayan bu nəhəng otelin inşasında çalışan işçilər daha sonra silah fabriklərinə təyin ediliblər.
9.200 işçinin 3 ildə inşasını başa vurduqları bu otel kompleksinin daxilində kinoları, mərasim salonları, üzmə hovuzları və hətta özünə aid bir limanı belə var. Kompleksin mərkəzində isə müharibə istifadə üçün edilmiş, hər an hərbi xəstaxanaya çevrilə biləcək böyüklükdə bir beton quruluş vardır.
Hamburg şəhəri bombalanarkən bir çox insan bu otelə sığınmışdır. Döyüş sonrası Qərbi Almaniya ordusu tərəfindən qərargah olaraq istifadə edilən otel 1990-cı ildə Almaniyanın təkrar birləşməsindən əvvəlki kimi boş qalmışdır.
10 min otaqlı olub tək bir ziyarətçisi belə olmayan otelin bu gün yüzlərlə otağı və divarları vandallar tərəfindən parçalanmış vəziyyətdədir. Hazırda isə təkrar otel olaraq xidmət göstərməsi yönündə işlər aparılır.