Yağlı saçlar üçün bunları edin

31 Aralık 2016
1 279
0
Yağlı saçlar üçün bunları edin
Yağlı saçlar əksər mədəniyyətdə fərdi təmizliyinə diqqət göstərməyən mənasını verir.

Dəri tipi yağlı olan insanlarda daha çox görünməklə birlikdə, çox sıx yuyulan və ya çox sıx yuyulmayan saçlarda da görülməkdədir.

Saçın yağlanılmaması üçün nə etməliyik?

İlk etməniz lazım olan saçınızı analiz etməlisiniz. Bunun üçün saç uclarınızdan çox saç diblərinizə yəni saç dərinizə diqqət yetirməlisiniz. Əgər ki yağlı dəri tipinə sahibsinizsə, saçlarınız daha qısa zamanda yağlanacaqdır.

Uzun saçlarda yağlanılma ən çox tez-tez saçlarını əlləyən, barmaqlarıyla tez-tez havalandıran insanlarda olar. Saç mütəxəssisləri qeyd edir ki, saçları həddindən artıq yığaraq öz təbii quruluşunu belə itirməsinə səbəb ola bilərsiniz.

Pudra Tökmə Üsulu
Köhnə üsullardan biri sayılan pudra tökmə, ilk baxışda insana qəribə gəlsə də, həqiqətən işə yarayan bir üsuldur. Yağlı saçlarınıza tökəcəyiniz körpə pudrası ilə tamamilə təmiz görünən saçlara qovuşa bilərsiniz. Başınızı önə aşağı doğru əyin, ardından saç diblərinizə pudra tökərək əlinizlə bir az yedirin və başınızı qaldırıb saçlarınızı arxaya atın. Qabarıq saçlarınızı bir daraq ilə yüngülcə darayın. Tətbiqi asan bu üsul ilə 3 dəqiqə içində saçlarınızın tərtəmiz göründüyünün fərqində olacaqsınız. Bu mövzuda tək bir xəbərdarlığımız var: seçəcəyiniz körpə pudrasının qoxusuna diqqət yetirin və xüsusilə gül qoxulu olanları seçməyin. Hətta qoxusuz bir pudra tapa bilsəniz, onu dərhal alın. Əks halda gün boyu saçlarınızın qoxusu sizi narahat edə bilər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.