Ayaq qoxusundan qurtulmağın SADƏ YOLU: iki paket qara çayı...

29 Aralık 2016
1 783
0
Ayaq qoxusundan qurtulmağın SADƏ YOLU: iki paket qara çayı...
Çox insan ayaqlarından gələn qoxudan şikayət edir. Bu, həm insanın özünə diskomfort hissi verir, həm də kənardakıları narahat edir. Lakin narahat olmayın, bunun çarəsi var. Türkiyəli dermatoloq Neslihan Dönmez ayaq qoxusuna qarşı dəmlənmiş qara çay və sirkəli suyun faydalı olduğunu deyir. Mütəxəssis onu da əlavə edir ki, ayaq qoxusuna qarşı müxtəlif dərmanlar, spreylər və ayağın hava almasını təmin edən ayaqqabılar məsləhət görülür. Amma bunlarla yanaşı, təbii üsullarla da bu problemin qarşısını almaq mümkündür. Aile.lent.az N. Dönmezin ayaq qoxusunu aradan qaldırmağın yolları ilə bağlı məsləhətlərini təqdim edir.

Dermatoloq ilk növbədə qara çayı məsləhət görür: “Çayda olan tannik turşusu bakteriyaları öldürmək üçün son dərəcədə təsirlidir. Yarım litr suya iki paket qara çay əlavə edin və 15 dəqiqə qaynadaraq dəmləyin. Soyuduqdan sonra ayaqlarınızı yarım saat bu suda saxlayın. Bunu bir həftə boyu hər axşam tətbiq edin”.

Sirkə təbii antibakterialdır

Sirkəli su da ayaq qoxusuna qarşı görülən tədbirlər sırasındadır. Çünki son illərdə sirkə təbii antibakterial kimi istifadə edilməyə başlanıb: “Aparılan araşdırmalarda sirkənin bakteriya öldürmək istiqamətində təsirləri sübut edilib. Ayaqlarınızı sirkəli suda qısa müddət saxlamaq və ya sirkəli su ilə yumaq qoxudan xilas olmaq üçün tətbiq edə biləcəyiniz təbii üsullar arasındadır”.

Doğru corab seçin

Ayaq qoxusu tərləyən ayaqdakı bakteriyaların bir növ ifraz çıxarması səbəbindən meydana gəlir. Mütəxəssis qoxunun aradan qaldırılması üçün tətbiq oluna biləcək digər üsulları bu cür sıralayır:

Təmizlik: Ayaqlarınızı hər gün yuyun. Ayağınızı su dolu qabda bir müddət saxlayaraq yumaq və ya sabunlayaraq yumaq da yaxşı nəticə verəcək. Ayağınızı yaxşıca qurulamaq çox əhəmiyyətlidir.

Doğru corablar: Təmiz pambıq, yun, toxunma corablar təri əmərək ayağın nəfəs almasını təmin edəcək. Əgər corablarınız nəmlənərsə, dəyişdirib təmiz corablar geyinin.

Doğru ayaqqabı: Əgər ayaqqabılarınız normadan daha möhkəmdirsə, ayağınızı tərlədə bilər. Ona görə də rahat ayaqqabılar geyinmək vacibdir. Plastik ayaqqabılar daha çox qoxuya səbəb olduğu üçün onlardan uzaq durmağınızda fayda var.

Ayaqqabı dəyişdirmək: Eyni ayaqqabını geyinərək fərqində olmadan bakteriyaların törəməsi üçün münbit mühitə şərait yaradırsınız. Ona görə də fərqli ayaqqabılar geyinərək digər ayaqqabınızın qurumasına fürsət verməyiniz də işə yarayacaq.

Bakteriyaları öldürmək: Ayaqqabılarınızı günəşin altında saxlayaraq və ya antibakterial sprey sıxaraq bakteriyaları yox edə bilərsiniz. Eyni zamanda, ayağınızı antibakterial sabunla yuyaraq da eyni nəticəni əldə edə bilərsiniz.

Ayaqqabıları yumaq: Bir çox idman ayaqqabısı və digər ayaqqabı növləri yuyulmağa uyğundur. Hətta bəziləri paltar maşınında belə yuyula bilər. Yaxşıca qurutmaq şərti ilə bu şəkildə ayaqqabılarınızdakı qoxunu tamamilə yox edə bilərsiniz.

Çılpaq ayaqla gəzmək: Xüsusilə evdə, mümkündürsə, eyvan kimi günəş görən məkanlarda yalın ayaqla gəzmək işə yarayacaq.

Bunların hamısını edirsinizsə, amma yenə də ayaq qoxusunun qarşısını ala bilmirsinizsə, həkimə müraciət edin.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.