Bu il əhalinin 3.3 faizində ilkin xəstəliklər aşkar olunub

30 Aralık 2016
1 959
0
Bu il əhalinin 3.3 faizində ilkin xəstəliklər aşkar olunub
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda təmir tikinti işləri başa çatıb və açılışa hazırlanır.

Feat.Az xəbər verir ki, bunu ilin yekunlarına həsr olunmuş kollegiya iclasında Nazirliyin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladova deyib.

Onun sözlərinə görə, bu il müayinə olunmuş əhalinin 3.3 faizində ilkin xəstəliklər aşkar olunub, 1.47 faizi dispanser nəzarətə alınıb, 7.32 faizi sağlamlaşdırılıb və 0.8 faizi hospitalizasiya olunub.

G.Poladov qeyd edib ki, uşaqların icbari dispanserizasiyası proqramı çərçivəsində 2016-cı ildə uşaqların 81.5 faizdən çoxu müayinələrə cəlb olunub. Tibbi müayinədən keçirilmiş uşaqların 5.2 faizi sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyata götürülüb, 1 faizi isə ixtisaslaşdırılmış tibb müəssisələrinə hospitalizasiya olunub. Bu günə qədər artıq Azərbaycanda 42 uşağa, o cümlədən 30 talassemiyalı, 12 onkohematoloji xəstəyə sümük iliyi köçürülüb. Bu xəstələrdən ən kiçiyinin 2, ən böyüyünün 19 yaşı olub:

"Ötən ilin iyun ayından artıq 230 minə yaxın nikaha daxil olmağa hazırlaşan insanın qan nümunəsi müayinə olunub. Onların arasında 9892 talassemiya daşıyıcısı, 147 Qazanılmış immunçatışmazlığı sindromu, 828 sifilis xəstəliyi aşkar edilib. Müayinə olunanların arasında 80 xəstə cütlük aşkar edilib".

G.Poladov deyib ki, hazırda Respublikamızda 1541 hemofiliyalı xəstə qeydiyyatdadır. Şəkərli diabet üzrə tədbirlər proqramı çərçivəsində hazırda 218 mindən çox şəkərli diabet xəstəsi daim dövlət hesabına dərman və özünənəzarət vasitələri ilə təmin olunurlar. Diabetli uşaqlar insulin şpris-qələmi ilə yanaşı, tədricən insulin pompası ilə təmin edilirlər. Hazırda 90 belə uşaq insulin pompası daşıyıcısıdır.

Nazirlik rəsmisi əlavə edib ki, Nazırlər Kabinetinin 11 noyabr 2016-cı il tarixli 447 nömrəli qərari ilə "2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı" qəbul edilib. Qeyd olunan Proqram qanın bədxassəli xəstəliklərin diaqnostikasının və müalicəsinin müasir səviyyəyə çatdırılmasına, 2017-ci ildən başlayaraq xəstələrin dövlət hesabına innovasion preparatlarla təminatına imkan yaradacaq.

Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı çərçivəsində 737 xəstənin dövlət tibb müəssisələrində müayinə və müalicəsi aparılır. Bütün xəstələr yüksək effektli dərman preparatları ilə pulsuz təmin olunurlar.

Yalnız 2016-cı ildə dövlət hesabına 956 xəstəyə 865 açıq, 91 qapalı ürək əməliyyatı icra olunub. O cümlədən, 265 uşağa 219 açıq, 46 qapalı kardiocərrahiyyə əməliyyatı icra olunub. Bunlardan 104-ü 1 yaşa qədər, ən kiçiyi isə 2 aylıq olub. Bu il ərzində Səhiyyə Nazirliyinin maliyyə dəstəyi ilə 38 uşaqda uğurla koxlear implantasiya əməliyyatı aparılıb./Trend.az
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.