Çay ləkəsini necə təmizləmək olar?

02 Ocak 2017
1 631
0
Çay ləkəsini necə təmizləmək olar?
Çay ləkələri, digər bir çox ləkə kimi arzu olunmaz bir ləkədir. Lakin vaxtında müdaxilə və evdəki vəsaitlərdən istifadə edərək bu ləkədən çox asan xilas ola bilərsiniz.

Əgər çay paltarınıza töküldüsə ilk olaraq paltarı çıxarıb bol soyuq suya tutaraq ləkəli bölgəni ovalayıb, ləkənin çıxıb-çıxmadığına diqqət yetirməlisiniz. Daha sonra ən az yarım saat soyuq su dolu bir qabda saxlayın. Paltarınız ağdırsa və ləkəni çıxartmaqda çətinlik çəkirsinizsə paltarı bir gecə adi suda, və ya ağardıcı bir vasitə əlavə etdiyiniz suda saxlaya bilərsiniz. Rəngli paltarlarınız üçün isə bu növdən olan paltarlar üçün xüsusi olaraq çıxarılmış ağardıcılar və ya rənglilər üçün istifadə etdiyiniz yuyucu toz əlavə etdiyiniz suda saxlaya bilərsiniz. Ancaq arada nəzarət etməkdə fayda var.

İnadçı çay ləkələrindən xilas olmaq üçün digər təklifimiz isə çay ləkəsinin üzərinə bir litr suya qarışdırdığımız bir qaşıq sirkəni sürtməkdir. 5-10 dəqiqə saxladıqdan sonra hər zamanki yuduğunuz şəkildə yuya bilər və açıq havada quruda bilərsiniz. Qurudarkən diqqət yetirilməsi lazım olan isə qurutma maşını istifadə etməməkdir. Əks halda çox isti olan qurutma maşını ləkənin o bölgəyə yerləşməsində böyük rol oynayacaq. Əgər çay ləkəsi parçaya hopubsa, ağardıcı istifadə etmədən çıxarmanız o qədər də mümkün olmayacaq. Bunun üçün yuxarıda ifadə edildiyi kimi rənglilər və ağlar üçün xüsusi çıxarılmış ağardıcılar işimizə yarayacaq.

Xalçalarınızdan çay ləkələrini çıxartmaq üçün isə, əvvəlcə tökülən çayın çoxunu quru və ağ rəngli bir bez köməyiylə alın. İkinci olaraq, bu bölgəyə bir miqdar su tökün, lakin çox tökməməyə diqqət edin, əks halda ləkə yayıla bilər və qurumaz. Evdəki alma sirkəsindən bir miqdar bir bezə tökərək ləkənin üzərinə bu bez köməyiylə sürtün. Təxminən 10 dəqiqə qədər gözlədikdən sonra təmiz bir bez və su ilə içdən xaricə doğru silin.

Mebellərdən çay ləkəsini çıxartmaq üçün isə bir qaşıq yuyucu mayeni iki stəkan soyuq suyla qarışdıraraq yenə təmiz bir bez köməyiylə ləkənin üzərinə sürtürük. Ləkə çıxana qədər bezlə ya da süngərlə ovmağa davam edin. Son olaraq isə təmiz bir bez və soyuq su ilə silib, qurumağa buraxın.

Qısası, nə qədər sürətli müdaxilə etsəniz, o qədər təsirli nəticə əldə edərsiniz və unutmayın ki, ən yaxşı təmizləyici soyuq sudur.

xanim.net
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.