Ət kotletini necə dadlı etmək olar?

19 Ocak 2017
2 561
0
Ət kotletini necə dadlı etmək olar?
Kotlet ən çox sevilən yeməklərdən biridir. Onu ətdən, tərəvəzlərdən, hətta yarmalardan da hazırlamaq olur. Amma heç də həmişə kotletlər dadlı alınmır. Görəsən, səbəb nədir? Bu gün sizə ət kotletini necə dadlı etməyin bir neçə sirrini verəcəyik:

Sırf (mal/quzu) ət kotleti bişirirsinizsə, ona çörək vurmayın. Ya da çox cüzi miqdarda. Çünki çörək ətin yağını özünə çəkir.
Yumurtanı az vurmaq lazımdır, uzağı 1 ədəd. Əgər kotlet üzrə peşəkasınızsa, o zaman yumurtaya nə ehtiyac? Axı onu kotlet açılmasın deyə vururlar.

Düzdür, ətə kartof vuranda kotlet yumşaq olur və bu da xüsusilə uşaqlı ailələr üçün əsasdır. Amma unutmayın ki, kartof ətin dadını dəyişir. Yaxşı olar ki, ondan istifadə etməyəsiniz.

Kotlet üçün çəkdiyiniz ətə mütləq quyruq da əlavə edin. Quyruğun miqdarı ətin yağlılığından asılı olaraq dəyişə bilər. Quyruq onu həm yumşaq, həm də dadlı edəcək.

Soğanın bol olmasından qorxmayın. Bu ancaq onu dadlı edəcək.
Ət kotletini bu qaydada orta odda, tavanı ağzı bağlı bişirsəniz, ət çoxlu su buraxacaq, sonra yavaş-yavaş qızaracaq. Amma bir məqamı da qeyd edək ki, bu zövq məsələsidir. Kotletə kök, kartof, xırda doğranmış göyərti, hətta quru nanə vuranlar da var.

Kotletin pambıq kimi yumşaq olması üçün çəkilmiş ətə 1 x.q. un və 0,5 ç.q qabardıcı toz tökə bilərsiniz. 30 dəqiqə kənarda saxladıqdan sonra qızartmaq olar. Bu zaman uşaqlarınız kotletdən doymayacaq. Sınanmış üsuldur!
sufrem.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.