Mayonezi evdə özünüz hazırlayın - ASAN RESEPT

27 Ocak 2017
1 210
0
Mayonezi evdə özünüz hazırlayın - ASAN RESEPT
Mayonezi evdə də hazırlamaq mümkündür. Çox sadə bir resepti olan mayonezi evinizdə rahatlıqla hazırlayıb salatlarda və bəzi yeməklərdə istifadə edə bilərsiniz. Feat.Az evdə mayonez hazırlamağın qaydasını təqdim edir.

Mayonez hazırlayarkən ehtiyacınız olan ərzaqlar bunlardır:

2 ədəd yumurta sarısı

1/4 ədəd limon suyu

400 ml və ya 2 su stəkanı duru yağ

10 qr və ya 1 xörək qaşığı xardal


Hazırlanma qaydası:

Ev şəraitində mayonez hazırlamaq üçün yumurta sarısını xardalla birlikdə mikserlə qarışdırın. Limon suyunu əlavə edib qarışdırmağa davam edin. Duru yağı yavaş-yavaş hazırladığınız qarışıma əlavə edin. Dadına baxıb duz və istiot tökün. Rəngini açmaq üçün istəsəniz, qatıq da əlavə etmək olar.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET