DİQQƏT: Saçları tez-tez yumaq təhlükəlidir

13 Ekim 2020
2 412
0
DİQQƏT: Saçları tez-tez yumaq təhlükəlidir
Gündəlik həyatımızda fərqinə varmadan bir çox yanlışlar edirik. Geyindiyimiz ayaqqabıdan tutmuş oturuş tərzinə qədər bir çox səhv davranışlar içərisindəyik. Bəs bu davranışlar hansılardır? Feat.Az hər zaman etdiyimiz və sağlığımıza mənfi təsir edən yanlış addımları təqdim edir.

Yanlış ayaqqabı seçimi

Çox sevdiyiniz və ayağınıza olmayan ayaqqabıları təkidlə ayağınıza geyinməkdən əl çəkin. Belə halda ortopedik baxımdan ayaq sağlamlığınızı böyük təhlükəyə atmış olarsınız. Ayağınıza olmayan ayaqqabıların verdiyi zərər tək ayağınızı sıxmaqla bitməz, əzələ ağrılarına da səbəb olar.

Antibakterial sulu sabunlar

Antibakterial sulu sabunların tərkibində bir çox kimyəvi maddələr var. Bu kimyəvi maddələr isə dəridəki faydalı bakteriyaları yox edir və bədənimizin hormonal balansının pozulmasına yol açır.

Saçları tez-tez yumaq

[/b]Saçları tez-tez yumaq saç dərisinin təbii yağ balansının pozulmasına səbəb olur və saç dərisi hər dəfə yuyulanda yağ itirir. Bu hal isə zamanla saç dərisində kəpək probleminin yaranmasına və saçlarınızın tez yağlanmasına səbəb olar.

Çox yatmaq və yuxusuz qalmaq

Araşdırmalara görə, yetkin bir adam hər gün minimum 7 saat yatmalıdır. Gündəlik yuxu ehtiyacını qarşılamayan insanda müəyyən dövrdən sonra yaddaş zəifliyi problemi ortaya çıxa bilər. Bu hal yuxusuzluq problemindən tutmuş depressiyaya qədər bir çox sağlamlıq probleminə yol açır.

Hərəkətsizlik

İşlə bağlı olaraq kompüterin arxasında durmadan oturur və çox hərəkətsiz bir gün keçirirsinizsə, xəstəliyin hər an qapınızı döyməsini gözləyin. Mütəxəssislərin fikrincə, elə hey kompüter qarşısında oturmaq ölüm riskini 50%, ürək-damar xəstəlikləri riskini isə 25% artırır. Bunun səbəbi isə təkcə işıq və radiasiya deyil. Hərəkətsiz şəkildə saatlara oturmaq təzyiq və qan şəkərinin yüksəlməsinə də səbəb olur.

Yanlış nəfəs almaq

Çoxumuz sinə ilə nəfəs alırıq. Sinə ilə nəfəs alarkən isə ağciyərlərimizin sadəcə üst qismini istifadə etmiş oluruq. Belə nəfəs alanda sinə şişir, baş və çiyinlər arxaya doğru gedir. Bu, isə tamamilə səhv sayılır. Nəfəs alarkən ağciyərlərin təkcə üst qisminin deyil, bütünlüklə istifadəsi lazımdır. Yəni sinə ilə deyil, diafraqma ilə nəfəs almaq ən doğrusudur. Belə nəfəs alanda sinəniz yerinə qarnınızı şişirdiyinizdə diafraqma əzələniz aşağıya doğru gərilir və belə halda ağciyərlərinizin hər iki qismini istifadə etmiş olursunuz. Beləliklə, daha çox nəfəs alır və ürək-damar xəstəliklərinin qarşısını almış olursunuz.
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.