Azərbaycanda "yaz havası" davam edəcək

16 Ekim 2014
1 511
0
Azərbaycanda "yaz havası" davam edəcək
Azərbaycanda "yaz havası" davam edəcək


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, oktyabrın 17-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində duman, zəif çiskin olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun gecə 14-17, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Azərbaycan əskər rayonlarında hava əsasən yağmursuz keçəcək. Axşam və gecə bəzi yerlərdə yağış yağacaq, ayrı-ayrı yerlərdə duman gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 11-16, gündüz 20-25, dağlarda gecə 4-8, gündüz 11-16 dərəcə isti olacağı proqnozlaşdırılır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.