Bakı metrosunda əla yenilik

16 Ekim 2014
1 554
0
Bakı metrosunda əla yenilik
Bakı metrosunda əla yenilik


Bakı metrosunda xətlərin sayı artacaq. Oktyabrın 15-də “BOUYGUES TRAVAUX PUBLİCS, LLS” ilə “Bakı Metropoliteni” QSC arasında “28 May” stansiyasında yeni tunelin tikintisi (Qırmızı və Yaşıl xətlərin ayrılması) işlərinin görülməsi ilə bağlı müqavilə imzalanıb.

Qeyd edək ki, Qırmızı xətlə (“Həzi Aslanov” – “İçəri Şəhər” stansiyaları arası) Yaşıl xətt (“Dərnəgül” – “Xətai” stansiyalaı arası) “28 May” stansiyasında kəsişir və bu da öz növbəsində qatarların hərəkət təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir. İki xəttin bir-birindən ayrılması eyni zamanda qatarlar arası intervalın azaldılmasına xidmət edəcək. Nəzərə alaq ki, “Həzi Aslanov” stansiyasından hərəkət edən qatarlardan biri “İçəri şəhər”, digəri isə “Dərnəgül” istiqamətinə hərəkət edir. Bu baxımdan “Həzi Aslanov” – “28 may” stansiyaları arasında hərəkət intervalı 2 dəqiqə olsa da bu özünü “28 may” – “Dərnəgül” stansiyaları arasında 4 dəqiqə olaraq göstərir. Xətlərin ayrılmasından sonra isə “28 may” – “Dərnəgül” mənzilində hərəkət intervalını 2 dəfə azaltmaq imkanı yaranacaq.

Onu da qeyd edək ki,
yeni tunelin tikintisindən sonra Yaşıl və Qırmızı xətlər üzrə qatarlar bir-birindən müstəqil hərəkət etmək imkanı qazanacaqlar. Belə ki, Qırmızı xətt üzrə “Həzi Aslanov” stansiyasından hərəkət edən qatar birbaşa “İçəri Şəhər” stansiyasına gedəcək. “Dərnəgül” istiqamətinə getmək istəyən sərnişinlər isə “28 May” stansiyasında Yaşıl xəttə keçərək hərəkətlərini davam etdirəcəklər. Yaşıl xətt üzrə “Dərnəgül” stansiyasından hərəkət edən qatarın son dayanacağı isə “Xətai” stansiyası olacaq.

Müqavilə “Bakı Metropoliteni” QSC-nin sədri cənab Zaur Hüseynov və “BOUYGUES TRAVAUX PUBLİCS, LLS”-nin beynəlxalq əlaqələr üzrə icraçı direktoru cənab Jean-Denys Arnal tərəfindən imzalanıb. Layihənin icrasına yaxın günlərdə başlanılacaq. İşin icrasının 2016-cı ildə başa çatdırılması planlaşdırılır.

Xatırladaq ki, bu işlərin görülməsi ilə bağlı anlaşma memorandumu 12 may 2014-cü il tarixində Fransa prezidenti cənab Fransua Ollandın Bakıya rəsmi səfəri zamanı imzalanmışdı.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.