Göz yorğunluğunu aradan qaldıran RESEPT

31 Ocak 2017
1 252
0
Göz yorğunluğunu aradan qaldıran RESEPT
Gün ərzində saatlarla kompüter arxasında otururuq. Bundan ən çox zərər görən və yorulan orqan gözlərimiz olur. Gözləri dincəltməyin bir yolu idman hərəkətləridirsə, digər yolu da göz kompresidir. Feat.Az gözləri dincəldən kompres reseptini təqdim edir.

Ərzaqlar:

1 çay qaşığı çobanyastığı

1 çay qaşığı yaşıl çay

2-3 damcı gül suyu

2 ədəd buz

1 stəkan su


Hazırlanması:


Yaşıl çay və çobanyastığını 1 stəkan qaynamış suda 5 dəqiqə saxlayın. İlıq olduqdan sonra süzüb içinə gül suyu və buz əlavə edin. Əldə etdiyiniz qarışıma makiyaj pambığını batırıb gözlərinizin üzərinə qoyun. 10-15 dəqiqə gözləyin. 15 dəqiqə sonra gözlərdəki rahatlığa inanmayacaqsınız.

Hər gün istifadə edə bilərsiniz.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.