Boyun xırçılladanlar mütləq oxusun

05 Mart 2022
2 954
0
Boyun xırçılladanlar mütləq oxusun
Tez-tez barmaqlarımızı, boynumuzu xırçıldadırıq. Sanki bununla canımız rahatlıq tapır.

Qadinklubu.com-un məlumatına görə, Doktor Donald Unqer barmaq xırçıldatmağın zərərli olub-olmaması ilə bağlı 60 il ərzində araşdırma aparıb.

Onun gəldiyi qənaət belədir:


Barmaqların oynaqları arasındakı qaz qızışdırılaraq çıxarılır ki, bu da onları rahatlaşdırır və hərəkət qabiliyyətini artır. Ümumi nəticədə barmaqları xırçıldatmaq faydalı bir hərəkət kimi qəbul edilir.

Təəssüf ki eyni şeyi boyun üçün demək olmur. Boyunu xırçıldatmaq oynaq iltihabı, əhənglənmə və digər ciddi oynaq xəstəliklərinə səbəb olmasa da, onurğada olan oynaq mayesindən (sinovial maye) oksigen, azot və karbon kimi qazların qabarcıqlar halında çıxarılmasına səbəb olur. Oynaqların arasına yerləşmiş qazların yerlərini tərk etmələri də boynunuzda bir anlıq rahatlama yaradır. Lakin boyunuzu xırçıldatmaq sümüklərinizin yerindən oynamasına və bağların köhnəlməsinə gətirib çıxarır. Bu da boyun sümüklərinizin başınızın ağırlığı altında zamanla ağırlaşmasına yol açır. Çox rahatladıcı olsa da, boynunuzu hər xırçıldadanda xroniki boyun ağrılarına yol açdığınızı bilməlisiniz.
Mənbə:publika.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.