Gənc göstərən 7 makiyaj texnikası

31 Ağustos 2021
2 243
0
Gənc göstərən 7 makiyaj texnikası
1- Qaşlarınızı qalınlaşdırın. Uzun zaman sıx olaraq kaş götürmüşsünüzsə bəzi bölgələrdə qaşların çıxmadığını fərq edərsiniz. Bunun üçün xüsusi qaş və kirpik məhsulları istifadə edə bilərsiniz. Həmdə təbii bir görünüş üçün saç rənginizə yaxın bir qələmlə qaşları doldura bilər və qaş fırçası ilə forma verə bilərsiniz.

2- Pamadalar.
Dodaq forması yaşlanma müddətində incəlir, dodağın ətrafındakı incə təbii kontur itər və ətrafında incə xəttlər meydana gələr. Bu bölgəyə ediləcək plomb tətbiqləri ilə dodaq ətrafındakı xəttlər düzəldilə və dodaq köhnə şəklinə gətirilə bilər. Dodaq boyası seçimində tünd rəng pomadadan uzaq durun. Dolğunlaşdırıcı təsirli pomadalar istifadə edə bilərsiniz. Dodaq ətrafını açıq rəng bir qələm istifadəsindən sonra açıq rəng pomada istifadəsi dodağı daha gözəl göstərər.

3-Ənlik Yaşlanma müddətində.
Almacıq sümüklər bir miqdar aşağı doğru yer dəyişdirər. Bu bölgələri radyofrekans, plomb kimi bəzi tətbiqlərlə daha yaxşı hala gətirmək mümkündür. Ənlik sürərkən köhnə almacıq sümük bölgəsinə tətbiq üzdəki sallanmağı vurğulayır. Bu səbəblə almacıq sümüklərin yerini təsbit edib həmin bölgəyə ənlik tətbiq edib və bunu gicgahlara doğru yaymaq daha gözəl bir görünüş təmin edər.

4-Göz altı torbaları. Göz altı torbaları göz ətrafı peeling tətbiqi və ya cərrahi müalicələrlə azaldıla bilər. Bunun xaricində makiyajla bağlamaq istəsəniz, bu bölgələrə tonlaşdırıcı kremlər daha tünd rəngdə bir bağlayıcı tətbiqi daha yaxşı nəticə verir.

5-Göz altı bənövşəliklər. Bu bölgədə bənövşəlik problemi tez görülən bir problemdir. Göz ətrafına peeling, Mezoterapi tətbiqləri ilə azaldıla bilər. Bunun xaricində makiyajla bağlamaq istəsəniz tonlaşdırıcı kremlər daha açıq rəngdə bir bağlayıcı tətbiq edin. Ən asand isə göz altı kremi tətbiq edin üzərindən pudra vurub dərinizə yedirin.

6-Bronz pudra istifadəsi. Daha canlı bir görünüş vermək üçün istifadə edə bilərsiniz. Bürünc allığı almacıq sümüyündən saç xəttinə doğru yüngülcə sürtün. Daha işıltılı daha canlı bir görünüş meydana gələcək.

7-Üz xəttləri. Botoks və plomb maddəsi müalicəsi ilə azaldıla bilər. Dəridəki xəttləri qalın tonal krem ya da bağlayıcı ilə bağlaya bilməz. Qalın məhsullar xəttlərin arasına girərək daha diqqət çəkici bir hal almasına səbəb olur. Məqsəd bunları bağlamaqsa çox diqqətli olmalı və diqqəti başqa istiqamətə çəkmək olmalıdır. Əvvəl makiyaj altı əsas istifadə də üzərinə mineral tonal krem istifadə etmək daha yaxşı bir seçim olar.

Gözəlliklər sizinlə Olsun!
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.