Kişilərin daha çox kitab oxuması üçün 10 səbəb

28 Mart 2022
1 397
0
Kişilərin daha çox kitab oxuması üçün 10 səbəb
Hörmətli kişilər, oxuyanlara söz yox amma, hələ də aramızda kitab oxumayanları görürük.

Feat.Az sizin üçün kitab oxumağa 10 səbəbi təqdim edir:

1. Kitab oxuyarkən söz bazanız genişlənər.
Bu da yalnız üç sözdən istifadə edərək qadınlarla məhdud ünsiyyət qurmağınızın qarşısını alar. Bu da bir üstünlükdür.

2. İfadə çətinliyi çəkməzsiniz.
İstədiyiniz şeyi çətinlik çəkmədən dəqiq bir şəkildə izah edə bilərsiniz. Unutmayın, qadınların gözündə dəqiq kişilər bir addım öndədir.

3. Dil biliyi səhvlərinizi ən aza endirər.
Bu da mesajlaşarkən “hər kəs”, “yalnız” kimi ifadə səhvləri etmənizin qarşısını alar. Həqiqətən bu bəzi qadınların çox böyük əhəmiyyət verdiyi məsələdir.

4. Üfüqünüz genişlənər.
Öz kiçik dünyanızdan ayrılıb hadisələrə daha geniş bir çərçivədən baxa bilərsiniz. Dar düşüncəli kişilər qadınların seçim sıralamasında ən sonlardadır.

5. Təxəyyülünüzün limitləri aradan qalxar.
Xəyal gücü yüksək olan kişi və qadınlar sürpriz etmək mövzusunda da olduqca comərd (alicənab) davranır. Bu da sizə daha bir üstünlükdür.

6. Təxəyyülünüz genişləndikcə daha anlayışlı biri olarsınız.
Qarşınızdakını dinləyər və çətinliyi anlamağa çalışarsınız.

7. Daha məlumatlı olarsınız.Daha anlayışlı olarsınız.
Təbii olaraq, bunu qarşınızdakı insanla da paylaşarsınız və onun da məlumat səviyyəsinin artmasına köməkçi olarsınız. Bu, qadınların diqqətini çəkməyin zirvəsidir.

8. Danışacaq daha çox mövzunuz olar.
İstisnalar xaric qadınlar, ümumiyyətlə, danışmağı sevirlər. Danışacaq mövzu tapa bilmədiyinizi düşünün, bu qadınları sizdən uzaqlaşdıran vəziyyətdir.

9. İntellektual olarsınız.
Bir qadının diqqətini çəkməyin ən təbii yollarından biri də intellektual görünməkdir. Bu sizin oyuna 1-0 öndə başlamağınız kimidir.

10. Kitab oxumaq zəkanızı da inkişaf etdirər.
Beləcə, daha zəkalı biri ola bilərsiniz. Hadisələr qarşısında praktik həll yolları tapa bilməyiniz qadınların axtarıb tapmadığı bir şeydir.
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.