On ikinci imamın adını çəkmək olarmı?

08 Şubat 2017
1 654
0
On ikinci imamın adını çəkmək olarmı?
Hədislərdə buyurulub ki, 12-ci imamın adı İslam Peyğəmbərinin adı, künyəsi onun künyəsidir. Peyğəmbərdən və imamlardan rəvayət edilən bəzi hədislərdə o həzrətin əsil adının deyilməsi haram bilinmiş, yalnız ləqəbləri ilə (Mehdi, Qaim və s.) çağırılmasına icazə verilimişdir.

Feat.Az islam.az-a istinadən bildirir ki, buna görə də bir çox böyük alimlər (o cümlədən, Şeyx Səduq, Şeyx Müfid, Əllamə Məclisi, Şeyx Təbrisi və b.) İmamın adını çəkməyin haram olmasına fətva vermişlər. Elə buna görə hal-hazırda da 12-ci imamın adını çox vaxt hərflər üzrə (m-h-m-d) yazırlar. Əksinə, Xacə Nəsirəddin Tusi kimi bir dəstə alimlər bunu icazəli saymışlar. Daha bir dəstə isə (Şeyx Ənsari, Hürr Amuli və b.) o həzrətin adını kiçik qeybət dövründə çəkməyin haram olduğunu bildirmiş, böyük qeybət dövründə bunu maneəsiz saymışlar. Onların fikrincə, kiçik qeybət dövründə İmamın həyatı təhlükədə olduğu üçün və onun yerini bilən naiblər məlum olduğuna görə həzrəti qorumaq məqsədi ilə adını söyləmək qadağan idi və böyük qeybət dövründə bu qadağan öz qüvvəsini itirmişdir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.