Allergiyası olanlara XƏBƏRDARLIQ: Yun yorğan-döşək təhlükəlidir

10 fevral 2017
941
0
Allergiyası olanlara XƏBƏRDARLIQ: Yun yorğan-döşək təhlükəlidir
Mütəxəssislər yun və tükdən hazırlanmış yataq, yorğan, xalça kimi əşyaların astma tutmalarına səbəb olduğunu bildirirlər. Əslində astmanın irsi bir xəstəlik olduğunu deyən türkiyəli həkim Fulya Gürkan bildirir ki, allergiyası olan insanlarda astma riski allergiyası olmayanlara nisbətən 20 dəfə çoxdur. Soyuqdəyməsi və ya dəri allergiyası olan insanlarda isə astma 70 faiz yüksək olur. Feat.Az mütəxəssisin yun və tükün zərərləri ilə bağlı fikirlərini təqdim edir.

F. Gürkan ev tozlarının 0.1-0.5 millimetr ölçüsündə kiçik canlılar olduğunu qeyd edir. Onların yaşamaları üçün 20 dərəcəlik istilik və 60 faiz nəm ideal mühitdir. İnsanlardan tökülən dəri hüceyrələri, tük, kəpək və digər üzvi maddələrlə qidalanırlar: “Ən çox insanların yataqları, xalçalar, yastıq, yorğan, parça örtükləri, mebellər və tüklü oyuncaqlarda rast gəlinir. Bu gözəgörünməz canlıların ifrazatları allergik xüsusiyyətlidir. Bu ifrazatlar vaxt keçdikcə qoyulduqları yerdə quruyaraq incə toz halına düşür və bu incə toz tənəffüs yolu ilə qəbul edildikdə allergik səviyyəsi yüksək olan insanlarda problemlərə səbəb olur”.

Astma xəstələrinin 85 faizi ev tozu allergiyası olurlar. Həkim xüsusilə qış aylarında istifadə edilən yun və tükdən hazırlanan yataq, yorğan, xalça kimi əşyaların astmalı xəstələrə mənfi təsir etdiyini vurğulayır: “Bunun üçün də yataq otağı daim işıqlı olmalıdır və tez-tez havalandırılmalıdır. Evdəki xalçaları yığışdırmaq məsləhətdir. Əgər mümkün deyilsə, tükü az olan sintetik xalça və ya kilimlərdən istifadə edin. Yun xalça qəti olaraq istifadə edilməməlidir. Evdə divardan xalça asmayın. Yataq, yastıq və yorğanlar yun və ya quş tükündən olmamalıdır. Lif, pambıq və ya silikon ola bilər. Yataq örtükləri və yataq dəstləri həftədə 1-2 dəfə ən az 60 dərəcədə yuyulmalıdır. Ədyal və yorğanları ayda bir dəfə yumaq vacibdir. Ev tez-tez tozsoranla təmizlənməli və təmizlik əsnasında xəstə insan evdə olmamalıdır. Döşəmələr yaş bezlə silinməlidir. Lakin xalçaları yaş bezlə silmək olmaz. Pərdələr toz tutmayan yuyulan parçalardan olmalıdır. Məxmər kreslo və pərdə, heyvan dərisi istifadə edilməməlidir. Tüklü və ya içi doldurulmuş oyuncaqlar yataq otağından çıxarılmalıdır. Tüklü oyuncaqlar varsa, həftədə bir dəfə paltaryuyan maşınında 60 dərəcədə yuyulmalı və soyuducunun dondurucu hissəsində bir gecə saxlanmalıdır. Mümkünat daxilində yataq, yorğan və yastıqlar antiallergik vasitələrlə örtülməlidir”.
lent.az
Şərh Yaz