Elzadan heyvanlara "xəyanət" - FOTO

16 Şubat 2017
1 647
0
Elzadan heyvanlara "xəyanət" - FOTO
Ötən gün Elza Seyidcahan "Ər quyusu" filminin təqdimatına xəz dəridən hazırlanmış üst geyimlə qatılıb.

Feat.Az qafqazinfo-ya istinadən xəbər verir ki, daim heyvanların müdafiəsi ilə bağlı açıqlamalar verən, hətta onların qarşısında konsert proqramı ilə çıxış edən əməkdar artistin kürk geyinməsi birmənalı qarşılanmayıb.

Sosial şəbəkə istifadəçiləri müğənninin bu addımını qınayıblar və tənqid ediblər.

Qafqazinfo mövzu ilə bağlı Elza Seyidcahanla əlaqə saxlayıb.

Əməkdar artist söyləyib ki, o, yalnız ölmüş heyvanların dərisindən hazırlanmış kürklərdən istifadə edir:

"Kürk həqiqidir. Allah insanlara buyurub ki, heyvanların ətini yeyin, dərisindən istifadə edin. Heyvan ölürsə, dərisindən istifadə ediriksə, bu, heyvanları sevməməyimiz anlamına gəlmir. Heyvan öləndən sonra dərisi nəfəs alır, canlı olur. Onları da yaşatmaq lazımdır, bu da bir gözəllikdir. İnsanlar heyvanların ətindən, sümüyündən istifadə etməlidir. Hətta elə heyvanlar var ki, onların dırnağı və bağırsağı belə yeməlidir.

Avropa, Hollivud ulduzları kürk geyinməkdən imtina edirlər. O demək deyil ki, həmin ulduzlar bizə nümunədir? Mən onların xüsusiyyətlərini bəyənmirəm. Həmin ulduzlar filmə çəkilirlər, səhər isə rəfiqəsinin ərini əlindən alırlar. Baxmırlar ki, həmin kişi 3 uşaq atasıdır. Bunun da adını qoyurlar ki, sevgidir. Heyvanlar onların etdiyi əməlləri heç vaxt etməzlər.

Elza Seyidcahan heyvanlar üçün konsert verib. Səbəb isə heyvanların yaxşı xüsusiyyətlərini insanların qavramasıdır. İndi mənim kürk geyinməyim problem olub. Niyə yun yorğan-döşəkdən istifadə edirik? Coliyə deyirəm, niyə qoyun yunundan köynəklər geyinir? O heyvanların da qanı tökülüb".

Elzadan heyvanlara "xəyanət" - FOTO

Elzadan heyvanlara "xəyanət" - FOTO

Elzadan heyvanlara "xəyanət" - FOTO
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.