WhatsApp-dan bugün maraqlı yenilənmə gəlir!

21 Şubat 2017
2 329
0
WhatsApp-dan bugün maraqlı yenilənmə gəlir!
Dünyadakı bütün tətbiqlərin Snapchat-a oxşama prossesi sürətlə davam edir. Son qurban isə WhatsApp oldu və tətbiqə əlavə edilən hekayələr xüsusiyyəti bugündən etibarən aktiv olur.

Facebook-un bütün tətbiqləri bir-bir Snapchat-a oxşamağa başlayır. Beləki Instagramdan sonra indi də WhatsApp-a da Snapchatdakı kimi hekayələr funksiyasıəlavə edilir. Bugün gələcək yenilənmə ilə birlikdə artıq əvvəllər sadəcə mesaj və ya emosiyalar istifadə edilə bilinən Status bölməsi, şəkillər və yazılarla hekayənizi paylaşa biləcəyiniz müddətli bir sahəyə çevrilir.

WhatsApp Status-un üstün tərəfi isə istədiyinizdə bağlaya bilmənizdir. Bundan başqa WhatsApp tətbiqinə gələcək bir yenilənmə ilə bütün istifadəçilərə təqdim olunacağını da bildirməliyik. Yəni bugün ərzində WhatsApp yeniləndikdən sonra tənzimləmələr bölməsinə baxmağınız sizin xeyrinizə olacaq.

WhatsApp-dan bugün maraqlı yenilənmə gəlir!

Təxmin edə biləcəyiniz kimi statusunuza şəkil, video ya da GIF görüntüləri əlavə edə bilər, müxtəlif emosiyalar və dizaynlarla bu şəkilləri şəxsiləşdirə bilərsiniz. Bir status əlavə etdiyinizdə isə onu, 24 saat ərzində profilinizdə izləmək mümkün olacaq. Daha sonra isə yox olub gedəcək.

Son olaraq da bu xüsusiyyətin də "görüldü” sayğacına sahib olacağını bildirək. Bununlada status paylaşımlarınızın siyahısında neçə nəfərin gördüyünün siyahısını tuta biləcəksiniz.
Technote.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.