"WhatsApp"dan tarixi yenilik

10 Mart 2017
2 958
0
"WhatsApp"dan tarixi yenilik
Dünyanın ən məşhur mesajlaşma platforması halına gələn "WhatsApp", şirkətlərə özəl profil sisteminə keçir. Günümüzdə SMS-i "öldürən” mesajlaşma tətbiqləri, artıq internet qoşulması vasitəsilə ödənişsiz olaraq münasibət qurmağınıza şərait yaradır. Bunun ən məşhur nümunəsi olan "WhatsApp" isə inkişafa davam edərkən, artıq pul qazanmaq istəyir.

Daha əvvəl illik 0.50 Azn kimi bir ödəniş alan "WhatsApp", aldığı qərar ilə tamamilə ödənişsiz sistemə keçid etmişdi. Beləliklə tətbiqdən gələn gəlirlərin qarşısını kəsən "WhatsApp", buna məntiqli bir həll üsulu tapıb.

"WhatsApp for Business" adlı bir sistem üzərində işləyən komanda, şirkətlər üçün xüsusi "WhatsApp" sistemi hazırlayaraq şirkətlərin müştəriləri ilə e-mail yerinə saniyələr içində mesajlaşmasına şərait yaradacaq. Yəni müştəri xidmətlərinə "WhatsApp" üzərindən də çata biləcəyiniz bu sistem, əlbəttə ki şirkətlərə müəyyən bir ödəniş qarşılığında təqdim ediləcək.

Hazırda xüsusilə çatdırılma təklif edən bir neçə restoran, ticarət obyekti kimi bir çox nöqtədə müəyyən bir telefon nömrəsi üzərindən "WhatsApp" ilə əlaqə saxladığınız müştəri xidmətləri, beləcə daha əlverişli hala gələcək.

Fərqli bir interfeys və bir neçə telefon üzərindən istifadə kimi detallar təklif edərək tam bir müştəri xidmətləri tətbiqi meydana gətirəcəyi gözlənilən "WhatsApp" , sadəcə fərdi istifadə üçün deyil, beləcə şirkətlər üçün də e-mail və Skype kimi servislərin qarşısına keçməyi hədəfləyir.
technote.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.