Bahar ölkəmizə qədəm qoydu

20 Mart 2017
1 885
0
Bahar ölkəmizə qədəm qoydu
Artıq bahar ölkəmizə qədəm qoyub.

Feat.Az
bildirir ki, AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov Trend-ə bildirib ki, Azərbaycan ərazisində baharın gəlişi bu gün Bakı vaxtı ilə təxminən saat 14:28 radələrində baş verib.

Martın 19-da Günəş cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edib. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olur. Bu nöqtəyə astronomiyada "yaz bərabərliyi nöqtəsi" deyilir.

Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınır. Həmin andan şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.