Avtobus sürücüsü dəhşət saçdı

20 Ekim 2014
3 157
0
Avtobus sürücüsü dəhşət saçdı
Avtobus sürücüsü dəhşət saçdı

Bu gün səhər saatlarında Bakının Əmircan qəsəbəsində sərnişin avtobusu böyük faciəyə səbəb olacaqdı.

Feat.Az bildirir ki, bu barədə anspress-in “qaynar xətti”nə məlumat verilib. Verilən məlumata görə, Əmircan qəsəbəsi istiqamətində hərəkət edən sərnişin avtobusu dəmir yolu xəttindən keçərkən yol hərəkəti qaydasını kobud şəkildə pozub.

Belə ki, dəmir yolunda avtomobillərin dayanması üçün nəzərdə tutulan şlaqbaum endirilən zaman avtobus sürücüsü buna əhəmiyyət verməyib. Avtobus qatarın gəldiyi zaman dayanmadan dəmir yolunu keçib.

Xoşbəxlikdən avtobus dəmir yolunda şlaqbauma ilişməyib. Bu da qəzasız ötüşüb.

Xatırladaq ki, 2012-ci ilin avqustun 31-də Lökbatan qəsəbəsində 124 saylı sərnişin avtobusu Ağstafa-Bakı marşrutu ilə hərəkət edən 97/98 saylı sərnişin qatarı ilə toqquşmuşdu. Qəza sırf avtobus sürücüsünün günahı ucbatında baş vermişdi. Avtobus sürücüsü qatarın gəldiyini görsə də, avtobusu saxlamamışdı. Rəsmi məlumatlara görə, qəza nəticəsində 6 nəfər ölmüş, 54 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdı.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.