Ötən ilin ən gözəl 100 qadını - Siyahıda 5 türk aktrisa var

24 Mart 2017
1 556
0
Ötən ilin ən gözəl 100 qadını - Siyahıda 5 türk aktrisa var
Amerikanın "Top beauty world" saytı 2016-cı ilin ən gözəl 100 qadınını seçib.

Feat.Az
"qafqazinfo"-ya istinadən xəbər verir ki, məşhur aktrisa Aleksandra Daddarionun birinci olduğu siyahıda 5 türk aktrisa da yer alıb.

Model Miranda Kerr ikinci, Gigi Hadid isə üçüncü olub.

Bundan başqa, boşanma xəbərləri ilə bir müddət gündəmdə olan Anjelina Coli siyahıda 10-cu yerdədi.

Məşhur türk gözəli Tuba Büyüküstün 18-ci yerdə qərarlaşaraq Adriana Lima və bir çox gözəlləri geridə qoyub. Meryem Uzerli 40, Hazal Kaya 80, Fahriye Evcen 84, Serenay Sarıkaya isə 88-ci yerə layiq görünərək dünyanın ən gözəl 100 məşhurundan olub.
Əvvəlki Xəbər Növbəti Xəbər