Аlçanı duzla yeməyin! - XƏBƏRDARLIQ
Kişilərdə yaranan potasium əskikliyində rol oynayır.
Qəbzliyə faydalıdır və sinir sistemini tənzimləyir.
Qansızlığa faydalıdır.
Antioksidan təsiri ilə xərçəngdən qoruyur və dəriyə gözəllik verir.
Dəridə yaranan sızanaq, dəri ləkələri zamanı tövsiyə edilir.
Dərini gəncləşdirir.
Ürək xəstəlikləri, xolesterol və damar tıxanıqlarında alça tövsiyə edilir.
Uşaqların böyüməsində yarana biləcək problemlərin həlli və arıqlama pəhrizlərində yay ayının əvəzedilməz meyvəsidir.
Kişilərdə şəkər ehtiyacı yarananda çiyələk və alçadan ibarət 1 kasa meyvəni yemək bəs edəcək.
Alçanı duzla yeməyin!
Alçanın duzlanaraq yeyilməsi bədəndə su tutulmasına və ödəm yaranmasına, bu da öz növbəsində kilo almağa səbəb olur. Buna görə alçanı duzla yeməyin. Alça qaynadılaraq kompot şəklində içiləndə ana südünün artmasına və qəbzlik probleminin həllinə yardım edir. II tip şəkər xəstələrində şəkərin nizamlanmasında və aşağı salınmasında təsirlidir.
lent.az